Elektroensefaloqrafiya və ya EEQ — baş beyinin summar elektrik aktivliyini qeydə almaq və qiymətləndirmək üçün istifadə olunan nevroloji müayinə metodudur. Baş beyinin elektrik aktivliyi çox aşağı olduğuna görə, onu qeydə almaq üçün eletroensefaloqraf adlandırılan xüsusi yüksək həssaslığa malik qurğulardan və gücləndiricilərdən istifadə olunur.
EEG daha çox epilepsiya xəstəliyinin,naməlum etiologiyalı qıcolmalar, beyin ölümü, yuxu pozulmalarının, ensefalopatiyaların diaqnostikasında istifadə olunur. Rutin EEG çəkilməsi 20-30 dəqiqə davam edir.EEQ müayinə ağrısız,qeyri-invasiv və şüalanma qorxusu olmayan bir müayinə üsuludur.EEQ müayinənin keçirilməsinə heç bir yaş məhdudiyyəti yoxdur.
Elektroensefaloqramma müayinəsi vasitəsilə həkim bir sıra suallara cavab tapa bilər:
- Beyində epileptik fəaliyyətin olub olmaması
- epileptik fəaliyyətin ocaqlı və ya yayılmış olması
- epileptik sindromun dəqiqləşdirilməsi
- növbəti müayinə üsulunun seçilməsi
- müalicənin taktikası
- proqnoz
EEQ müayinəsi tutmadan sonra 24 saat ərzində aparılırsa, patoloji dəyişikliklərin aşkar olunması ehtimalı çoxalır.
Təkrar tutma,qıcolma keçirən bütün uşaqlar və böyüklər elektroensefaloqramma (EEQ) müayinəsindən keçməlidir.