ÜÇLÜ SİNİR NEVRALGİYASI
Üçlü sinir nevralgiyası – əsasən üzün bir yarısında dəhşətli, yandırıcı ağrılarla xarakterizə edən bir xəstəlikdir. Xəstəlik daha çox kişilərdə,orta yaş və yaşlı insanlarda rast gəlinir.
Xəstəliyin əsas səbəbi- sinirin yaxınlıqda yerləşən damar vəya şiş toxuması ilə qıcıqlanmasıdır.
Ağrını bir çox hallarda tətikləyən səbəblər olur və bunlar : üzə adi toxunma,soyuq faktoru,əsəbləşmə,yemək yemə kimi sadə hərəkətlərdir.
Xəstəliyin ilkin mərhələlərində sinirin qıcıqlanmasını azaldanlarla müalicə kömək edir lakin xroniki mərhələdə bunlar effekt vermədikdə sinirin iynə ilə blokadası həyata keçirilir. Botulinoterapiya həmçinin yaşlı və əməliyyat riskli olan xəstələrdə də uğurla tətbiq edilir.
Üçlü sinirin blokadası bu sahədə 10 il təcrübəsi olan mütəxəssis-doktor nevroloq
Röyanə Quluzadə tərəfindən həyata keçirilir.













Röyanə Quluzadə 2 sentyabr 1980 ci ildə anadan olmuşdur. 1998-2004 cü illər Azərbaycan Tibb Universiteti Pediatriya fakultəsində təhsil alıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sertifikasiya Komissiyası, Nevrologiya Sertifikasiya şəhadətnaməsini alıb.