Distoniya

Distoniyada boteks terapiya

Fokal distoniya zamanı-konkret bir əzələ qrupu gərginləşir,bəzən həmin əzələlərdə ağrı olur və bu əzələ yığılması həmin hissədə qeyri iradi pozaya səbəb olur.

Məsələn Spastik  əyriboyunluqda-boyun əzələlərinin yığılması və gərginliyi nəticəsində boyun müxtəlif tərəflərə dönə bilir-yana,arxaya və ya önə fırlanır.Çox zaman idiopatik distoniyaların səbəbi irsi olur.Yəni müəyyən genetik mutasiyalar nəticəsində yaranır.

Fokal distoniyaların müalicəsi bütün dünyada yalnız botulotoksin-boteks iynələr vasitəsilə gərgin əzələlərin boşaldılmasından ibarətdir.Prosedur hər 6-8 aydan bir təkrarlanmalıdlr.

Uşaqlardada distoniya kifayət qədər mox rast gəlinir.Doğuş zamanı uşağın boynu böyük gərginliyə (xüsusilə doğuş ağır keçdikdə, ginekoloji maşalardan istifadə olunanda və s.) məruz qalır. Bunun nəticəsində uşaqda əyriboyunluq əmələ gələ bilər.

Nadir hallarda əyriboyunluq uşaqda ana bətnində olarkən formalaşır.

Əyriboyunluğun ilkin əlamətləri artıq uşaq həyatının 2-ci həftəsində özünü büruzə verir. Uşağın başı qeyri təbii olaraq daim yan tərəfə əyilir, boynunun bir tərəfi o birinə nisbətən qısa olur. Uşağın başı həmişə bir tərəfə doğru çevrilmiş olur. Başı digər tərəfə çevirməyə cəhd göstərildikdə isə, körpə narahatlıq nümayiş etdirərək ağlayır.
Əyriboyunluğun səbəbi başı önə əyən əzələnin patologiyasıdır. Bu zaman, qan təchizatının pozulması nəticəsində zədələnmiş əzələ qısalaraq yığılma qabiliyyətini itirir. Əyriboyunluq zamanı uşağın sifətində asimmetriya da inkişaf edir – üzün sağlam tərəfi o biri (xəstə) tərəfindən iri olur.

 Uşağın yanaqlarında asimmetriya daha aydın hiss olunur – bir yanaq digərindən böyük görünür. Erkən yaşlarda əyriboyunluq aradan qaldırılarsa,asimmetriya tamamilə keçib gedir.

Müalicə 3 yaşından sonra başlanarsa, uşağın sifəti qeyri-proporsional olaraq qalır. Bundan əlavə bu qüsurun vaxtında müalicə edilməməsi onurğa, ciyin qurşağının qeyri-normal inkişafına səbəb olur.

Erkən başlanmış müalicə nəticəsində, uşaqlar adətən həyatının birinci ilinin sonunadək sağalırlar.