İynəbatırma müalicəsi

Akupunktura

İynəbatırma və ya Akupunktura-qədim Çin təbabətinin istiqamətlərindən biridir.2000 il yaşının olmasına baxmayaraq bu müalicə metodu əsrlərdir dünyada müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur.Xüsusilə bir çox nevroloji xəstəliklərin kompleks müalicəsində akupunkturadan geniş istifadə olunur.Üz sinirin iflici,insultdan sonra yaranan ifliclərin bərpaedici müalicələrində,uşaq serebral iflicinin konpleks bərpaedici müalicəsində,gecə sidiksaxlamama-gecə enurezlərinin kompleks müalicəsində iynəbatırma üsulundan çox yaxşı effektlər əldə etmək olur.Xüsusilə digər müalicə üsullarında effekt az olanda bu təbii müalicə üsulu daha yaxşı nəticə əldə etməyə,sağalma prosesini sürətləndirməyə imkan verir.