Enurez

Gecə Enurezi nədir?

GECƏ ENUREZİ – uşağın inkişaf yaşına uyğun olmayan, uzun müddət davam edən hal olub, yuxuda ikən yerinə sidik buraxmasıdır.

Uşağın inkişaf yaşı dedikdə enurez halı

  • qızlarda 4 yaş,
  • oğlanlarda 5 yaş nəzərdə tutulur.

Belə ki, Uşaq enurezi üzrə Beynəlxalq Elmi Cəmiyyət belə qəbul edib ki, əgər 4 (və ya 5) yaşını tamam eləmiş uşaq yuxuda ikən sidik buraxmaqda davam edirsə

bu ENUREZDIR və müalicəyə başlanılmalıdır.

 

Gecə enurezinin müalicəsi aylarla, bəzən illərlə çəkə bilər. Cəmiyyət üçün kiçik olan bu problem, enurezli uşaq və gənclər, həmçinin onların ailəsi üçün çox böyük bir problemdir. Enurez həm də çox zaman kədərli həyat tarixçələri,ailə dramı deməkdir. Ailələrdə konfliktli situasiyaların yaranmasına səbəb olan bu xəstəlik üzündən bir çoxları vaxtında ailə qura bilmirlər, yaxud qurulmuş ailə enurez üzündən dağılır. Enurezin nevrotik pozuntularda, sonsuzluqda və cinsi zəiflikdə (impotensiyada) rolunun sübut olunması, onu tibbi-sosial problemə çevirmişdir.

Erkən yaşlarda başlayan müalicə effektivliyi artırır.Əgər gec müraciət olunubsa və dərman müalicəsi effekt vermirsə o zaman iynəbatırma, fizioterapiya, homeosiniatriya,davranış terapiyası kimi  müalicə üsulları ilə enurez ardan qaldırılır.

Müalicə həkimi nevroloq Quluzadə Röyanə Quluzadə