Miqren

Başağrıları və miqrenin diaqnostika və müalicəsi

Baş ağrıları-nevroloqa müraciətlərin ən böyük hissəsini təşkil edir.Baş ağrılarının altda yatan səbəbləri içində çox ciddi (şiş,damar anevrizmasının partlaması nəticəsində subaraxnoidan qanama ) problemlərlə yanaşı çox sadə əsəb gərginlik hallarıda ola bilər.Ona görə başağrılarına laqeyid qalmaq və dözmək lazım deyil!

Ən çox rast gələn başağrı növü-gərginlik başağrılarıdır.Gərgin iş həyatı,stress,əsəb ,yorğunluq fonunda yaranır!
Miqren-birincili başağrılarından insanlarda ən çox sosial dezataptasiyaya,əmək qabiliyyətinin enməsinə səbəb olan xəstəliklərdəndir.
Miqren başağrısı başın bir tərəfində güclü,pulsasiya edən,ürəkbulanma və qusma ilə müşayət olunan,işığahəssaslıq,səsəhəssaslıqla təzahür edir.Tutma bir neçə saatdan bir neçə günə kimə davam edə bilir.
Miqrenin dərman müalicəsi çətindir və bəzi insanlara effekt vermir hətta bəziləri dərmanların əlavə təsirlərindən əziyyət çəkirlər.Ona görə miqren zamanı xüsusilə qadınlarda dünyada boteks terapiya geniş istifadə olunur.boteks inyeksiyaların əlavə təsirsiz olması və uzunmüddətli müalicə effekti onu son zamanlar daha tərcih edilən müalicə üsuluna çevirib.alın,boyun və gichah nahiyəsində xüsusi nöqtələrə vurulan boteks iynə proseduru tamamilə ağrısızdır!
Başağrıları və Miqrenin boteks müalicəsi ilə bağlı müraciət və əlavə suallarınız varsa bizə yazın!