Bu müalicə üsuluna əsas göstərişlər serebral iflicli uşaqlarda əzələ spastikliyinin yaranmasıdır. Əzələ spastikliyi əzələnin həddindən artıq gərginliyidir. Həddindən artıq əzələ gərginliyinin olması uşağın motor inkişafını ləngidir və yanlış hərəkət nümunələri əmələ gətirir. Məsələn uşaq “barmaq ucunda” dayanır, ayaqlarını “qayçı” pozasında qoyur, ayaqları dizlərindən qatlanır. Bu cür deformasiyalarda fokal əzələ spastikliyinə qarşı effektiv mübarizə növü- serebral iflicin spastik formalarında botulotoksinin (boteks) istifadəsidir.
A tip botulinum toksin(boteks), sinir-əzələ sonlarında təsir edərək, əzələdən artıq sinir impulsunun keçməsini mane törədir. Buda, spastikliyin yaranmasını azaldır. Dünyada, A tip botulinum toksin, spastik və distonik serebral iflicin müalicəsi üçün müalicə standartlarına daxil edilmişdir.
Serebral iflicdə boteks istifadəsi 2 yaşından etibarən icazı verilir. boteksun müalicəvi effekti uşağın həyatının ilk on ilində daha effektivdir. Botulinum terapiyası nə qədər tez başlansa, daha da təsirli olur.
Dərmanın saxlanması və nəql edilməsi zamanı istilik rejiminə riayət etmək lazımdır.
boteksla müalicə necə aparılır?
Xəstəni müayinə etdikdən və terapiya üçün göstərişlərin və əks göstərişlərin mövcudluğunu müəyyənləşdirdikdən sonra həkim dərmanı və təyin edəcəyi nöqtələri seçir. İnyeksiya yalnız spastik gərgin əzələlərə vurulur. Dərmanın dozası və inyeksiya sayı xəstənin ağırlığından və həkimin seçdiyi sxemdən asılıdır. Mərkəzimizdə uşaqlara boteks (boteks) inyeksiyalar sedasiya olmadan (oyaqkən) kiçik diametrli iynələrlə aparılır. İnyeksiya vaxtı uşağın kəskin xəstəlikləri, yüksək temperaturu olmamalı, inyeksiya yerindəki dəri iltihablanmamalıdır.
Beləliklə, mərkəzimizdə sizi aşağıdakı tədbirlər gözləyir:
1. Həkim məsləhəti.
2. Uşağınızda müalicə üçün göstərişlərin və əks göstərişlərin dəqiqləşdirilməsi.
3. Terapiyaya razılığın imzalanması.
4. Həkimin seçilmiş nöqtələrə dərman dozasının hesablanması.
5. Dərmanın inyeksiya üçün hazırlanması.
6. Dərmanın tətbiqi (bu zaman siz uşağın yanında olursunuz).
Allergan şirkətinin rəsmi distribyutoru tərəfindən təqdim olunan dərmanın daşınması zamanı soyuq rejimə – soyuducu çantada və ya buzla daşınmasına diqqət yetiririk.
7. Sonda, dərman vurulması ilə bağlə pasienta inyeksiya yerləri və vurulan dozalar haqqında protokolun verilir.
Bütün bunlar təxminən 1 ½ – saat çəkəcəkdir.
Prosedurdan sonra uşağın inyeksiya yerlərində kiçik göyərmələr, yüngül zəiflik, gün ərzində 37-37.5 dərəcəyə qədər qızdırma halları ola bilər. Bu hallar təxminən bir həftə ərzində yox olur.
Müalicədən gözlənilən nəticələr nələrdir?
boteks terapiyanın nəticəsi – əzələlərin rahatlaması,boşalması,vətər qısalmasının aradan qalxmasıdır –bu nəticələr adətən boteks istifadəsindən 1-2 həftə sonra müşahidə olunur. Ən parlaq nümunə, uşağın “ayaq barmaqları ucunda” gəzərkən, dabanının yerə düşməsidir.
boteks inyeksiyalarından 1- həftə sonra bir sıra reabilitasiya tədbirlərinə başlamaq lazımdır – streçinq (əzələ dartılmaları), idmanlar, kinesioterapiya və ortopedik vasitələrdən istifadəyə davam etmək lazımdır.
boteks inyeksiyasından sonra nədən imtina etməliyəm?
2-3 gün ərzində körpənizi çimməkdən çəkindirməlisiniz, bir ay ərzində isti vanna, saunalar qəbul etməkdən çəkinməlisiniz, parafin vannaları etməməlisiniz. Ayrıca, bir nörotoksik təsiri olan dərmanlardan (məsələn, aminoglikozidlər kimi bir qrup antibiotik) istifadə edilməməlisiniz.
boteks inyeksiyaları nə zaman təkrarlana bilər?
Adətən dərmanın təsiri 4-6 bəzən 8 aya qədər davam edir – yəni ildə 1-2 dəfə tezliklə təkrar inyeksiya etmək olar. Botulinum toksinindən asılılıq yaranmır.
A tipli botulinum toksin müalicəsinin(boteks,boteks) məqsədləri nələrdir?
Botulinumterapiya əzələ tonusunun azaldılması, yeni motor bacarıqların əldə edilməsi, kontrakturların yaranmasının qarşısının alınması, ortopedik əməliyyatların daha da gecikdirilməsi və hətta əməliyyatların önlənməsi məqsədilə istifadə olunur. Son nəticədə yüksək olan əzələ tonusu azalır, vətər qısalması və əzələ gərginliyi nəticəsində yaranan ağrı azalır və uşağa daha asan qulluq göstərmək olur və uşağın yerimə şansı artır!
Biopunktura nədir?
Biopunktura- Alman müalicəvi texnikası olub ilk dəfə alman alimi Jan Kersscchot tərəfindən tətbiq edilməyə başlamışdır. Biopunktura metodunun əsasında bioloji fəallığa malik dərmanların-məsələn kök hüceyrə və