Uşaq serebral iflicinin  kompleks təbii müalicəsi

Ən çox oxunanlar

Uşaq serebral iflicinin  kompleks təbii müalicəsi

Uşaq serebral iflicinin müalicəsində A tip botulotoksinin (boteks) istifadəsi və prespektivləri
Uşaq sebral iflici-uşağın əlilliyinə səbəb ola bilən və özünü əsasən hərəki pozğunluqlarla biruzə verən xroniki rezidual xəstəlikdir. Serebral iflicin yaranmasının əsas səbəbi mərkəzi sinir sisteminin perinatal-yəni hamiləlik vaxtı ,doğuş zamanı və doğuşdan sonra zədələnməsidir. Beynin hansı səviyyədə zədələnməsindən asılı olaraq uşaq serebral iflici müxtəlif formalarda özünü biruzə verir. Əsas pozğunluq ətraflarda meydana çıxan iflic və parezlərdən ibarət olur. Bu zaman yuxarı və ya aşağı ətraflarda iradi hərəkət məhdudluğu, hərəkət həcminin azalması, əzələlərdə tonusun yüksəlməsi və pataloji pozaların əmələ gəlməsi ilə xarakterizə olunur.
Uşaq sebral iflicinibir neçə formasıayırd edilir
1. Spastik diplegiya
2. Spastik tetraplegiya
3. Hemiparetik forma
4. Hiperkinetik forma
5. Atonik-astatik forma
Uşaq serebral iflicində hərəki pozğunluqlarla yanaşı bu uşaqların bəzilərində əqli inkişaf pozğunluqları,qıcolma sindromu,görmə, eşitmə pozğunluqları,vegetativ pozğunluqlar meydana çıxır.
Uşaq serebral iflicində meydana çıxan digər dəyişikliklərdən biri də daq-oynaq sistemində,oynaqlarda baş verən dəyişikliklərdir.Bir qrup əzələlərdə meydana çıxan həddən artıq toniki aktivlik nəticəsində oynaqlarda pataloji pozalar meydana çıxır və buda kontrakturaların və deformasiyaların yaranmasına təkan verir.
Bu patalogiya zamanı bud-çanaq oynağında displaziya,yаrımçıxıq formalaşır,yuxarı ətrafda dirsək oynağında açıcı kontraktura (yəni dirsək oynağı tam açılmır), pəncənin varus (yəni pəncə daxilə doğru əyilib) və ekvinus deformasiyası (uşaq barmağının ucuna dayaq edir), adduktor sindrom-ayaqları üst üstə qayçı kimi yerləşməsi tez –tez rast gəlinir.
Bütün dünyada Uşaq serebral iflicinin müalicəsi bütün çoxsaylı patalogiyaların birgə rast gəlməsini nəzərə alaraq kompleks aparılır.
Bu müalicələri aşağıdakı qruplara bölmək olar:
1. Medikamentoz müalicə:
– əzələ spazmını aradan qaldırmaq üçün preparatlar (baklofen,midokalm və.s)
– beyin metobolizmini artırmaq üçün nootrop preparatlar (pirasetam,pantoqam və.s)
– antihomotoksik terapiya-bioloji müalicə metodlarındandır və uşaq orqanizmində toksinlərin
təmizlənməsinə və immun sistemin yüksəlməsinə yönəlmişdir.
– simptomatik müalicə(qıcolma əleyhinə,dehidratasiyaedici terapiya və.s)
2. Qeyri –medikamentoz tibbi reabilitasiya metodları:
– massaj
– kinezoterapiya
– fizioterapiya
– loqoped, psixoloq müalicasi
– refleksoterapiya
Ortopedik və cərrahi müalicələr:
– əzələ və vətərlərdə aparılan əməliyyat (miotenotomiya)
– oynaqlarda aparılan rekonstruktiv əməliyyatlar
– ortopedik ayaqqabı,korsetlər və.s istifadəsi
– sinir-əzələ blokadaları (A tip botulotoksin ilə)
3. Sosial –pedoqoji metodlar (Montessori sistemi və.s)
4. Zooterapiya-heyvanların müalicələrdə istivadə olunması (ippoterapiya, delfinoterapiya və.s)
Bu müalicə prinsiplərindən heç biri digərini tam əvəz edə bilməz, ona görə də müalicə kompleks və pataloji prosesin xarakterindən asılı olaraq qurulmalıdır.
Serebral iflicli uşaqların iradi hərəkətlərini məhdudlaşdıran əsas faktorlardan biri yüksəlmiş əzələ tonusudur. Yüksək tonus həmçinin ətraflarda pataloji pozaların əmələ gəlməsinə və oynaqların kontrakturasına səbəb ola bilir.
Tonusun azaldılması üçün istifadə olunan kimyəvi dərmanların (baklofen, midokalm, diazepam və.s) sinir sisteminə, mədə bağırsaq sisteminə mənfi təsirləri məlumdur. Hal-hazırda bütün dünyada ən ziyansız və effektiv antispastik müalicə kimi A tip botulotoksindən istifadə olunur.
boteks adı ilə tanınan preparat – Clostridium botulinum adlı anaerob bakteriyaların toksinlərindən hazırlanır. Bu bakteriya müxtəlif serotipli toksin ifraz edir, onlarda A tip toksin təbabətdə daha geniş istifadə olunur. Patogenetik olaraq A tip toksin əzələnin yığılmasında iştirak edən asetilxolinin ifrazının qarşısını alır və əzələnin boşalmasına səbəb olur.Heç bir əks təsiri olmayan botulotoksinlə uşaq serebral iflicində yüksək spastikanın müalicəsi 1999-cu ildən Dünya Nevroloqlar Assosiasiyası tərəfindən qəbul olunmuş müasir müalicə hesab olunur.
boteks terapiya spazm yarada seçici əzələlərə qabaqcadan çəkiyə görə hesablanmış dozada vurulur. Müalicəvi effekt artıq 2-3 günə özünü biruzə verməyə başlayır və uzun müddət 5-6 ay davam edir. Düzgün aparılan yanaşı reabilitasiya tonusun təkrar yüksəlməsinin qarşısını alır. İstənilən halda təkrar inyeksiyalardanda istifadə olunur.
Nəticədə ayaq barmaqları üzərinə dayaq edən uşaq tam ayağını yerə qoyur, ayağını x-vari üst-üstə qoyan uşaq ayaqlarını tam düzgün qoyur və nəticədə uşağın yerimə şansı artır.

Ən çox oxunanlar

Bənzər məqalələr

FES -Funksional Elektromiostimulyasiya

FES-Funksional Çoxkanallı Elektromiostimulyasiya aparatı ilə ağır dərəcəli mərkəzi ifliclərdə,periferik sinirlərin iflicində,travmadan sonra yaranan zədələnmələrin və ağır ortopedik problemlərdə əzələləri gücləndirən və sinirləri oyadan,stimulyasiya edən müasir

Daha ətraflı »