Neyrosonoqrafiya – baş beynin ultrasəs müayinəsidir. Neyrosonoqrafiya 1-1,5 yaşa kimi uşaqların (əmgək açıq olan) baş beyninin ultrasəs müayinə vasitəsilə yoxlanılmasıdır.
Neyrosonoqrafiya müayinə metodu yenidoğulmuşların və südəmər uşaqların baş beyin quruluşu,beyin mədəcikləri,haqqında qısa müddətdə məlumat verən qeyri-invaziv müayinə metodudur.Bu müayinə metodu heç bir şüalanma qorxusu olmadan uşaqlarda beyin quruluşu haqqında məlumat verməyə imkan verir.Neyrosonoqrafiya xüsusi datçiklər vasitəsilə akustik pəncərələrdən(əmgəkdən) aparılır. Bu müayinə baş beyindəki bir çox strukturlar barəsində bizə məlumat verir. Belə ki,beyindəki anadangəlmə qüsurlar, hidrosefaliya, kəllədaxili təzyiq, kəllədaxili qansızmalar, beynin hipoksik-işemik zədələnmələri,beyin ödemi və s. kimi patalogiyalar haqqında məlumat almaq mümkündür. Ən mühüm üstünlüklərdən biri də odur ki, bu müayinə yenidoğulmuş uşaqlara da heç bir şüalanma qorxusu olmadan aparılır.
Müayinəyə yazılmaq üçün bizimlə əlaqə saxlayın