Hemifasial spazm

Ən çox oxunanlar

Hemifasial spazm

Hemifasial spazm-üz əzələlərinin və gözətrafı əzələlərin bir tərəfli tonik və ya klonik yığılması nəticəsində yaranan xəstəlikdir.

Üzün bir yarısındakı yığılma daimi deyil yalnız tutma şəklində,vaxtaşırı olur və əsasən xəstə həyəcanlanada,stres,gərginlik,yorğunluq zamanı artır.

Spazm tutması zamanı-göz qapaqları əsir,yığılır,ağız bucağı əsir və yığılır.
Xəstəliyin səbəbi ipsilateral üz əzələlərinin innervasiya edən üz sinirinin paroksizmal hiperaktivliyidir.
Spazmlar  xəstəyə həm psixoloji mənfi təsir edir həmdə estetik problem yaradır.
Bu spazmlar əsasən 40-50 yaşından sonra formalaşmağa başlayır.
Bir çox hallarda xəstəlik tədricən inkişaf edir,yəni əvvəlcə göz ətrafı əzələlər yığılır daha sonra isə yığılma ağız kənarı əzələlərə də götürülür.
Spazmlar əsasən yorğunluq,əsəb,gərginlik zamanı artır.

Xəstəliyin müalicəsində qızıl standart botulinoterapiyadır,yəni botox adlanan antispastik iynə ilə qeyri iradı əzələ spazmı aradan qaldırılır.Nəticədə gözətrafında,üzdə yığılmalar,səyrimələr aradan qalxır.Botulinoterapiyanı  hər 4-6 aydan bir təkrar etmək məsləhətdir.

Ən çox oxunanlar

Bənzər məqalələr

FES -Funksional Elektromiostimulyasiya

FES-Funksional Çoxkanallı Elektromiostimulyasiya aparatı ilə ağır dərəcəli mərkəzi ifliclərdə,periferik sinirlərin iflicində,travmadan sonra yaranan zədələnmələrin və ağır ortopedik problemlərdə əzələləri gücləndirən və sinirləri oyadan,stimulyasiya edən müasir

Daha ətraflı »