Uşaqlarda əqli inkişaf ləngimələrinin səbəbi nədir?
❗️Gəlin əvvəlcə baxaq görək əqli -koqnitiv funksiyalar deyəndə nə nəzərdə tutulur?
Əqli funksiyalara:
✔️Qavrama
✔️Anlama
✔️Məntiqi təfəkkür
✔️Nitq
✔️Davranış
✔️Emosional-duyğu sferası aiddir.
❗️Bəs hansı problemlər bu kimi qüsurlara səbəb olur?
✅️Genetik qüsurlar-Daun,Prader-Vill sindromu,Vilyams sindromu,Rett sindromu və.s kimi yüzlərlə genetik qüsurlar əqli ləngiməyə səbəb olur.Genetik qüsurların diaqnostikasında -kariotip analizi, Ekzom analizi istifadə olunur!
✅️Dölün beyninin bətndaxili infeksion,toksiki zədələnməsidə əqli problemlərə gətirir:narkomaniya ,ananın qəbul etdiyi bəzi dərmanlarxüsusilə trankvilizəedici,antikonvulsantlar.
✅️Toksoplazma,Sitomeqalovirus,Herpes,Məxmərək və.s kimi infeksion xəstəliklər bətndaxili dövrdə ciddi qüsurlara və əqli geriliyə səbəb olur.
✅️Anadangəlmə mübadilə xəstəlikləri-xüsusilə amin turşuların mübadilə xəstəlikləri ,Fenilketonuriya,Tirozinemiya,ağcaqayın şirəsi sindromu
✅️Endokrin səbəbli-Hipotireoz xəstəliyi
✅️Səbəbi məlum olmayan
♿️Əqli inkişaf ləngimələrinin səbəbləri geniş olduğundan geniş diaqnostik diferensiasiya tələb edir.

Autizm spekt pozuntularında kök hüceyrə köçürülmələrinin əhəmiyyəti
Giriş Autizm Spektr Pozuntuları (ASP) erkən uşaqlıq dövründə başlayan, sosial ünsiyyətin pozulması, təkrarlayıcı davranışlar və məhdud maraq sahələri ilə xarakterizə olunan neyroinkişaf pozuntularıdır. Son onilliklərdə











Röyanə Quluzadə 2 sentyabr 1980 ci ildə anadan olmuşdur. 1998-2004 cü illər Azərbaycan Tibb Universiteti Pediatriya fakultəsində təhsil alıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sertifikasiya Komissiyası, Nevrologiya Sertifikasiya şəhadətnaməsini alıb.