Epilepsiya və qıcolmaların müalicəsi

Epilepsiya və qıcolmalar həm böyüklərin həmdə uşaqların nevroloji xəstəlikləri arasında teztez rast gələn ciddi nevroloji problemlərdəndir.

Epilepsiya xəstəliyi-beynin sinir hüceyrələrinin hipersinxron elektrik boşalmaları nəticəsində formalaşır.Epilepsiya xəstəliyi-irsi genetik mənşəli ola bilər,travmadan sonra,beyindaxili həcmli törəmə fonunda ,metabolik səbəblərdən yarana bilər.

Uşaqlarda epilepsiya xəstəliyi bir  çox hallarda xoşxassəli olur və müəyyən yaş dövründən sonra keçib gedir.Bəzi epilepsiya növləri xoşxassəli adlandırılır.çünki onlar uşağın sonrakı inkişafına intellektinə,əqlinə mənfi təsir etmir.

Bu xoşxassəli epilepsiyalardan ən çox rast gəlinəni Rolandik epilepsiyadı.
Rolandik epilepsiya – uşaq yaşlarının xoşxassəli epileptik sindromu.
_Başlanma yaşı: 3-14 yaş, daha çox 5-8 yaş arasıdır
_Tutmalar uşağın yuxuya getdiyi ilk 1 saat ərzində baş verir.
_Uşaq boğaz səsləri çıxarır. Sonra üzün bir tərəfində klonik dartılmalar olur.
_Dildə, dodaqda uyuşmalar baş verir.
_Klonik dartılmalar eyni tərəfdə ələ və ayağa yayıla bilər.
_Nitq pozulmur. Lakin anlaşılmır.
_Şüur saxlanılır, lakin uşaq tutmanı xatırlamır.
_Tutma 2-3 dəqiqə davam edir. Seria şəkində də ola bilir. Tutmalar 30 dəqiqəyə qədər uzana bilər.
_Uşağın intellekti zədələnmir.

Bu epilepsiya növlərini təyin etmək və düzgün müalicə üçün EEG- elektroensefaloqrafiya müayinəsi olunmalı və tutmanın semiotikası nevroloq tədfindən təyin edilməlidir.

Vaxtında aparılan antikonvulsiv epilepsiyaəleyhi terapiya ağırlaşmaların qarşısını alır.
Avropada İngiltərədə ixtisaslaşmış nevroloq Röyanə Quluzadə