Uşaqlarda nitq ləngiməsi

Uşaqlarda nitq ləngiməsi

Hər bir uşağın nitq inkişafı artıq 6-7 ayından başlayaraq əsası qoyulur belə ki,bu aylarda uşaqlar qığıldamaqla,müxtəlif qısa hecalarla(dadad,bababa,bv) artıq danışıq prosesinə hazırlaşırlar. Normalda qız uşaqları artşq 12-18 aya arasında 10-15 söz deyə bilir.Oğlan uşaqlarında bu proses qızlara nisbətən bir neçə ay daha ləng gedir.

Uşağın nitqi ləngiyirsə bu zaman bir neçə vacib məsələləri aydınlaşdırmaq lazımdır:

-uşaq  eşidirmi? Belə ki,uşaqda anadangəlmə lal-karlıq və zəif eşitmə olabilər

-uşaq deyilənləri anlayırmı? Belə ki bəzi uşaqlarda əqli gerilik,inkişaf ləngiməsi fonunda və ya psixi xəstəlik-autizm xəstəliyi fonunda deyilənləri anlamaya bilər.

-Uşaq eşitdiyini təkrar edə bilirmi? Belə ki bəzi uşaqlarda dislaliya adlanan nitq pozuntusu olur.

-Uşağın psixo-motor inkişafı yaşına uyğundurmu? Belə ki bir çox hallarda uşağın nitq ləngiməsi ümumi inkişaf ləngiməsi fonunda olur və bunu dəqiqləşdirmək üçün Denver 2 zəka-inkişaf testindən keçirmək lazım gəlir.