Serebral iflic

Serebral iflic

Uşaq Serebral iflici-perinatal patalogiya nəticəsində yəni uşağın beyninin doğuş zamanı-qansızması,boğulma-asfiksiya səbəbindən və ya doğulandan dərhal sonra patoloji sarılığın əmələ gəlməsi,TORCH infeksiya adlandırılan mikroblar səbəbindən beyinin zədələnməsi fonunda formalaşan xəstəlikdir.

Serebral iflic zamanı uşağın ətraflarında ifliclər formalaşır-başını tuta bilmir,oturması gecikir,əllərini sərbəst istifadə edə bilmir,əl ilə tutması zəif olur və ya olmur,dirəşməsi olmur,ləngiyir,sərbəst yeriyə bilmir.İfliclərlə yanaşı bəzi uşaqlarda əqli inkişafda ləngiyir,danışa bilmir,qüsurlu danışır,ağzından daima su axır,çeynəçəsi zəif olur,bəzi uşaqlarda yanaşı  qıcolmalar olur,yuxu pozğunluğu,qəbizliyə meyillik olur.

Serebral iflicin 5 ağırlıq dərəcəsi təyin edilir.Ən ağır 5  ci dərəcəli iflicdə uşağın bütün hərəki funksiyaları geri olur,başını tuta bilmir,oturmur.Belə uşaqların yerimə şansı çox az olur.Digər daha yüngül dərəcələrdə isə uşaqğı bərpa etmək,oturmasını,addımlamasını təmin etmək mümkündür.