Yenidoğulmuşların nevroloji müayinəsi və müalicəsi

Yenidoğulmuşun nevroloji müayinəsi yeni doğulan uşağın erkən skrininq müayinəsləri içərisində ən vacib müayinələrdəndir.

Belə ki uşaq doğulan kimi ona pediatr baxışı,uşaq nevroloqunun baxışı,exo-kardio müayinəsi,beyin usm,çanaq usm,daban testi kimi müayinələr vacib və məcburi sayılan müayinələrdəndir.

Uşaq nevroloqu yenidoğulmuşun baş ölçülərini,fizioloji reflekslərini,patoloji tonusun olub olmamasını,dismorfik əlamətlərin-yəni irsi xəstəliyə xas əlamətlərin olub olmamasını araşdırır.

Yenidoğulmuşda yarana ən ciddi nevroloji problemlərdən biri perinatal ensefalopatiyadır.
Doktor mənim övladım doğulanda göm göy idi !!!,ağlamadı !!!,nəfəs verdilər və s və ilaxır…
Övladlarını pediatr nevroloq olaraq müayinəyə gətirən valideyinlərin təəssüf ki bir çoxunun anamnez zamanı söylədikləri bu cümlələr olur..

 

Bu isə perinatal asfiksiya deməkdir yəni doğuş zamanı və ya doğuşdan dərhal sonra müxtəlif səbəblərdən-göbək ciyəsinin uşağın boynuna dolanması,ciftin vaxtından tez aralanması,anada təzyiqin düşməsi,uşağın dölətrafı mayeni udması və.s səbəbindən uşağın boğulması və bütün bədənin ilk öncədə beyinə oksigen çatmaması səbəbindən beyin hüceyrələrinin zədələnməsi, ağır hallarda isə tamamilə məhv olmasıdır.
Sinir hüceyrəsi oksigen çatmamazlığına çox həssasdır və çox tez zədələnir.Nəticədə sinir hüceyrəsi sanki əriyir onun uzun qolları olan aksonlar ,mielin təbəqə dağılır və bədənimizin immun hüceyrələri ölü hüceyrələri təmizləyir.Bu proses oksigen çatışmazlığının müddətindən birbaşa asılıdır.nəqədər çox asfiksiya davam edibsə bir o qədər ağır nəticə olur.
Nəticə isə yüngül hallarda uşaqlarda əqli,nitq hərəki ləngimələr, ağır hallarda isə serebral iflic ,ağır dərmanlara rezisrent qıcolmalar və.s formalaşır.
Dərhal aparılan müdaxilə,müalicə,və ağırlaşmaların profilaktikası uşağın gələcəkdə əlil olma hallarının qarşısını alır!