Yuxu pozulmalarının müalicəsi

Yuxu pozulmaları

İnsomniyalar-ən çox rast gəlinən yuxu pozuntularıdır.İnsomniya yuxuyagetmənin çətin olması vəya yuxunun kefiyyətinin pozulması əlaqə olaraq meydana çıxan narahatşılıqlardır.Belə ki bəzi insanlara yuxu gedə bilməmələrindən şikayət edirlər və ya yuxunun arasında teztez ayılırlar və sonra yenidən yuxuya gedə bilmirlər.bu gür yuxu problemləri insanı çox yorur və yuxudan oyananda yorğun olur,sanki yuxudan doymayıb və tədricən belə insanlarda depressiya,yaddaş problemləri yarana bilər.

Bəzi insanların yuxusunu pozan sindromlar olur,məsələn “narahat ayaqlar sindromu ”.Narahat ayaqlar sindromu olan insanlar yuxunun ortasında ayaqlarında gərginlik,sızıltı hiss edirlər,”sanki ayaqlarında qan dayanır”,yalnız ayaqlarını hərəkət etdirdikdə vəya durub bir az gəzəndən sonra rahatlıq tapırlar.

Uşaqlarda yuxu problemləri daha diqqətli araşdırılmalıdır,belə ki uşaqlarda yuxunun pozulmasına səbəb-əsəb gərginliyi,kəllədaxili təzyiqin artması,düzgün olmayan yuxu gigiyenası,epilepsiya xəstəlikləri səbəb ola bilər.

Yuxu problemlərinin dəqiq diaqnostikası üçün diqqətli anamnez,bəzi müayinələr-məsələn,elektroensefaloqramma,polisomnoqrafiya kimi müayinələr lazım gəlir.

Xəstəliyin ağırlaşmaması üçün vaxtında nevroloqa müraciət etmək lazımdır.