Hüceyrə terapiyası nədir?

Ən çox oxunanlar

Hüceyrə terapiyası nədir?

Hüceyrə terapiyası
İnsan ciftinin ekstraktından hazırlanmış preparat 200 qədər zəngin bioloji tərkibə malikdir.İnsan ciftinin ekstraktı zədələnmiş hüceyrələrin bərpası üçün lazım olan-kök hüceyrə,böyümə faktorları,enzimlər,amin turşular və.s kimi madələri özündə birləşdirir.

– İnsan plasentasının hidrolizatı 112mq 2ml №10
Tərkibi:
1.Sitokinlər ( aktiv mərkəzlər)
1.1 Hüceyrələrin böyümə faktorları ( ümumilikdə 36)
HGF (HBF heposit böyümə faktoru)
NGF(SBF sinir hüceyrələrinin böyümə faktorları)
EGF (EBF epidermal böyümə faktoru)
FGF (FBF fibroblast böyümə faktoru)
CSF (KBF kolonial böyümə faktoru)
İGF (İBF insulinəbənzər böyümə faktoru)
TGF(TBF transformasiyaedici böyümə faktoru)
VEGF(VEBF vaksulyar endotelial böyümə faktoru)
1.2. İnterleykinlər 1-6, 8, 10, 12
1.3. Eritropoetin
1.4. J – interferon
2. Amin turşuları, əvəz olunmayan amin turşuları daxil (cəmi 18).
3. Nukleozidlər, nukleotidlər.
4. DHEA peptid(Dehidroepiandrosteron).
5. Qlikozaminoqlikanlar.
6. Makroelementlər – N, P, C, S, Na, Mg, Ca, K.
7. Mikroelementlər – Zu, Br, Si, Fe, Mn, Sc, Se, Cr, V, Cu, Li, B, Co.
8. Vitaminlər: B1, B2, B3, C, D, PP.
9. Enzimlər.
preparatın fəaliyyət mexanizmi.
Plasentada böyümə faktorları, interleykinlər, eritropeotin və interferonlar kimi sitokinlər də böyük rol oynayır. Sitokinlər müxtəlif hüceyrə qrupları tərəfindən ifraz olunan və digər hüceyrələrin funksiyalarını tənzimləyən hormonabənzər aşağı molekullu zülallardır. Bunlar informasiya molekulları, hüceyrələrarası və sistemlərarası qarşılıqlı əlaqənin vasitəçiləridir, hüceyrənin sağ qalmasını təyin edirlər: böyüməni, differansasiyasını, funksiyonal fəaliyyəti, apoptozu stimullaşdırır və ya əksinə. Sitokinlər normal şəraitdə və patoloji təsirə cavab olaraq immun, endokrin və sinir sistemlərinin fəaliyyətinin koordinasiyasını təmin edir. Bədən hüceyrələrinin, xüsusən də dəri davranışı, reaksiyalarının bütün müxtəlifliyi xüsusi məlumat və ya siqnal molekulları tərəfindən idarə olunur. Bu molekulların əhəmiyyətini göstərmək üçün aşağıdakı nümunəni göstərmək olar: hüceyrələri əhatə edən edən mühit ilk baxışdan bu hüceyrələrin bütün ehtiyaclarını ödəyən amin turşuları vitaminlər, qlukoza və digər zəruri maddələrlə təmin olunarsa , hüceyrələrdə artıq bölünmə olmayacaq. Onların işlək hala düşməsi üçün bioloji siqnal mütləqdir.
Sitokinlər hüceyrə dövrünü, hematopoez və ümümi cavabı tənzimləyən hüceyrələrarası qarşılıqlı təsirlərin vasitəçiləridir.Böyümə faktorları ən böyün sitokinlərdəndir.
Böyümə amilləri, əsasən, qlikoprotein təbiətli maddələrdir – aşağımolekullu zülal və diqosaxaridlərdən ibarətdir. Hüceyrələrarası qarşılıqlı təsir vasitəsi olub , siqnal rolu oynayır, qanyaranmanı tənzimləyir. Hüceyrə tsiklini tənzimləyir.
TGF ( Transformasiyaedici faktor)- makrofaqların , keratinositlərin, beyin hüceyrələrinin mənbəyidir. TGF müxtəlif tip hüceyrələrə çoxsaylı təsiri olub, hüceyrələrin böyüməsini ,differensiyasını, apoptozu tənzimləyir, eyni zamanda immun sistemin modulyatoru rolunu oynayır.Antimutagen xüsiyyətə malikdir.Fibroblastların proliferasiyasını stimullaşdırır. Bundan başqa hüceyrədənkənar matriks sintezini stimullaşdırır.Çox güclü kollegen sintezinin stimulyatoru olub, angiogenezə yardımçı olur.
EGF ( epidermal böyümə faktoru) – proliferasıyanı ( hüceyrə bölünməsi və regenerasiya prosesləri) stimullaşdırmaqla dərinin yenilənməsini təmin edir. Bu zaman hüceyrə metobolizmi aktivləşir, dərinin nəmliyi və elastikliyi artır.Yeni hüceyrələrin yaranması hesabına yaşlı hüceyrədə bir növ qalıq kimi melanin piqmenti parçalanır, dəridəki ləkənin rəngi açılır.Eyni zamanda EGF yaraların sağalmasını sürətləndirir, dərinin UB şüaların təsirindən tez qocalmasının qarşısını alır.
FGF (fibroblast böyümə faktoru)-heparinəlaqələndirən zülal, DNT sintezini və mezenxim mənşəli müxtəlif hüceyrələrin bölünməsini , əzələ və damar endotel hüceyrələrin əmələ gəlməsini stimullaşdırır.
CSF ( koloniyanın böyümə faktru)-(qranulositar və makrofaqial) Hemotopatik faktor olub, sümük iliyini qanyaranma prosesinə stimullaşdırır.Digər hemotopatik böyümə faktorları ilə qarşılıqlı təsir göztərir. Fibroblastların, endotel hüceyrələrin və sümük iliyi heceyrələrinin stromasının mənbəyi hesab olunur. Miyeloid və eritroid mənşəli hüceyrələti stimullaşdırır.
NGF- sinir böyümə faktoru, mərkəzi və periferik sinir sistemlərində neyronların sağ qalmasına, inkişafına və differensasiyasına nəzarət edir.
İGF (insulinəbənzər böyümə faktoru)- maddələr mübadiləsinə təsir göstərir, sümük ,əzələ toxumasını , dərialtı piylərin vəziyyətini tənzimləyir, insulin reseotorlarının həssaslığını artırır.
HGF-( hepotositlərin böyümə faktoru) Qaraciyər hüceyrələrinin bərpasında böyük rol oynayır, hüceyrələrin proliferasiya mexanizminin yardımı ilə regenerasiyanın stimllaşması, DNT – hepatositlərin stimullaşması , sitolitik ferment aktivliyinin azalması (AST,ALT,ALP( qələvi fosfotoza), bilirubin, QQT (qammaqlutamiltransferaza) hesabına baş verir.
İFN (interferon) – immun T- limfositləri və qeyri- limfoid hüceyrələr arasında qarşılıqlı təsiri gücləndirir. Bu isə bir çox immun prosesdə, məsələn, virus infeksiyasına qarşı mübarizədə əhəmiyyətlidir. Hüceyrələrin yenilənməsini və mübadiləsini stimullaşdırır. Radioaktiv təsirlərə məruz qalmış tozumaların yenilənməsinə təsir göstərir.
Eritropoetin- eritropoezin fizioloji stimulantida.O,eritrositlərin progenitor hüceyrələrindən eritrositlərin mitozunu və böyüməsini aktivləşdirir.Böyrəklər tərəfindən eritropoetinin ifrazı qan itkisi , müxtəlif anemiya halları ( dəmir, folat və B12 çatışmazlığı anemiya, sümük iliyinin zədələnməsi ilə əlaqəli anemiya və s. ) böyrək işemiyası ( məsələn , travmatik şok) hipoksik vəziyyətlərlə artır. Qlükokortikoidlərin təsiri altında böyrəklər tərəfindən eritropoetinin ifrazı artır, bu da stress şəraitində hemoqlobinin səviyyəsinin və qanın oksigenlə təmin olunma qabiliyyətinin sürətlə artması mexanizmlərindən biridir. Hemoqlobinin səviyyəsi və qanda eritrositlərin sayı ekzogen eritropoetin qəbulundan bir neçə saat ərzində artır.Eritropoetin sümük iliyində Fe,Cu, B12 vitamininin və fol turşusunun (folat) istehlakının artmasına səbəb olur. Bu isə öz növbəsində plazmada Fe, Cu, B12 səviyyəsinin azalmasına səbəb olur.
Eritropoetin arterial təzyiqi artırır . O, həmçinin eritrosit kütləsinin qan plazmasına nisbətini artıraraq qanın özlülüyünü artırır.
Böyümə faktorlarının müxtəlif sağlam hüceyrələrinin reseptorlarına qarşı həssaslığı var.Böyümə faktorları ilə qarşılıqlı əlaqədə ola bilməyən, digər normal hüceyrələrdən fərqlənən bir qrup hüceyrələrin membranında dəyişkən reseptorlr var. Bu onu izah edir ki, plasental preparat yalniz sağlam və zədələnməmiş hüceyrələrin proliferasiyasını gücləndirir.
Hüceyrənin müvafiq reseptoru ilə qarşılıqlı təsir zamanı , hüceyrənin bioaktivliyi yüksəlir, proliferasiya və differensasiya artır. Preparatın tərkibində həmçinin sitokinlər var:
İnterleykinlər- İL – 1,2,3,4,5,6,İL-8 və 12 funksiyalarından birinə qeyri-spesifik rezistentliyin humoral faktorlarının induksiyası aid olunur. İnterleykinlər- leykositlər tərəfindən sintez olunur. Sitokinlərə aid olunur. İmmun sisteminin bir hissəsi olub, monokulyar faqositlər və digər toxuma hüceyrələri tərəfindən də sintez oluna bilər.
İnterleykinlər iltihabi və immun prosesini tənzimləmə və stimullaşdırmasının həyata keçirir, T və B limyositlərinin proliferasiya və differensasiyasını aktivləşdirir. İgA, G,M növlərinin sintezini inisiasiya edir, foqositozu artırır, sitotoksik və bakteriosid aktivliyi artırır, neyrofilvə makrofaqlardan ibarət koloniyanın əmələ gəlməsini stimullaşdırır, hemopoezin sələflərinin proliferasiyasını gücləndirir, aktitel əmələ gəlməsini tənzimləyir, lizosom flementini ifraz etmək üçün neytrofilləri aktivləşdirir, T-limfositlərin endotel hüceyrələrinə yaxınlığını artırır.
Virusa qarşı fəaliyyəti interferonlar da həyata keçirir. İnterferon virusun hücumuna cavab olaraq hüceyrələr tərəfindən ifraz olunan zülalları birləşdirir. Virus hüceyrəyə daxil olanda qonşu hüceyrələri virusa qarşı immunitetli edən interferon istehsal edir. İmmun sisteminin mexanizmi virus zülalarının sintezinin inhibə olunması, uyğun olaraq da onların çoxalmasının qarşısının alınması və ya virusun hüceyrədən kənara çıxmasını inhibə etməkdən ibarətdir.
Amin turşuları – Struktur kimyəvi quruluşa malik olub döldə formalaşmaqda olan orqanizmin müxtəlif zülalarının əmələ gəlməsinə əsas”tikinti materialı” hesab olunur. Amin turşularının əhəmiyyəti bütün həyati proseslərdə iştirak edən zülalların vacibliyi ilə təsdiqlənmiş olur.
Plasentaya daxil olan bütün amin turşuları L-fəza konfiqurasiyasına malikdir. Bu da orqanizm tərəfindən özününki kimi qəbul edilir. İncəqatlı xromatoqrafiya üsulunda istifadə edərək 18 amin turşusunun varlığı müəyyən edilir: treonin, serin, prolin, qlisin, alanin, metionin, leysin, femialanin, histidin, lezin, arginin, tirozin, aspargin turşusu, qlutamin turşusu, sistin.
Histidin- bədəni raosiyani zərərli təsirlərindən qoruyur, ağır metalları bədəndən çıxarılmasına kömək edir.
İzoleysin- hemoqlabinin sintezi üçün lazımdır, qan şəkərinin səviyyəsini sabitləşdirir, tənzimləyir, əzəzlə toxumasını bərpa edir.
Lizin- kalsiumun mənimsənilməsinə kömək edir, antikorların, hormonların fermentlərin sintezində , kollagenin formalaşmasında və toxumaların bərpasında iştirak edir və antivirial təsir göztərir.
Metionin- yağların emalında iştirak edir, onların qaraciyərdə və damarların divarında çökməsinin qarşısını alır, həzmə kömək edir, zərərli metalları neytrallaşdırır, əzələ zəifliyini azalsır, radiasiyaya məruz qalmadan qoruyur, nuklein turşusularını və kollagen sintezi üçün lazımdır.
Fenialanin- orqanizmdə dionsifenilalanın (DOFA) melanin, noradrenalin və adrenalin sintezi üçün vacibdir.
Treonin- zülal mübadiləsini sağlam şəkildə gedişinə təkan verir. İmmuniteti stimullaşdırır, qaraciyərin fəaliyyətində və yağ mübadiləsində iştirak edir, kollagen və elastin sintezində mütləqdir.
Valin- orqanizmdə azot mübadiləsini tənzimləyir, zədələnmiş toxumaların bərpasında iştirak edir.
Mukopolisaxaridlər polimer olub, zülal və karbohidratkompleksindən ibarətdirlər. Karbohidrat hissəsi 70-80%-ni təşkil edir. Birləşdirici toxumanın formalaşması üçün mühümdür ( qığırdaq, bağlar, buynuz qişa gözün şüşəyəbənzər cismi, dəri). Mikropolisaxaridlərin əsas nümayəndəsi- hialuron turşusu , triparin, keratosulfat, xondriotin sulfat turşularıdır.
Orqanizmin müxtəlif mayeləri üçün də vacib rol oynayır(damarların sinovil mayesi).Mukopolisaxaridlər bakteriosid xassəyə malik olub,suyu özünə çəkmə və saxlama xüsusiyyətlərinin hesabına birləşdirici toxumanın elastikliyini müəyyən edir.
Plasentanın tərkibinə çoxlu minerallar aiddir:Kalium,kalsium,kaliumpermanqanat,selen,fosfor,sink,dəmir,natrium,maqnezium,mis və.s(Mendeleev cədvəlinin əksəriyyəti) Minerallar birbaşa energetik funksiya daşımır və plastik funksiyalarda iştirak etmir.Lakin hemoqlobinin əmələgəlməsində iştirak edir,skeletin qurulmasında,ferment sisteminin aktivləşməsində, su balansına nəzarətdə, qələvi-turşu mühitinin tənzimlənməsində iştirak edir,vitaminlərin tərkibinə daxildir, əzələ-sinir arasında ötürülməni təmin edir.Metabolizmi tənzimləyir,hormonların tərkibinə daxildir.Mineralların disbalansı və ya çatışmazlığı bütün orqanizmin funksiyaların pozulmasına səbəb ola bilər.
Vitaminlər və vitaminəbənzər maddələr- B1, B2, B3,C,D,PP maddələr mübadiləsində mühüm rol oynayır.Onlar bir çox biokimyəvi reaksiyalarda iştirak edirlər.Çoxlu sayda müxtəlif fermentlərin aktiv mərkəzlərinin bir hissəsi kimi katalitik funksiyanı yerinə yetirirlər,ekzogen prohormonların və hormonların siqnal funksiyalarını yerinə yetirən informasiya tənzimləyici vasitəçilərdir.Mübadilə proseslərinin katalizatoru olub,antioksidantdırlar. Hüceyrələrin hipoksiyaya tolerantlığını artırır,hüceyrə membranının lipidlərinin peroksid oksidləşməsinin qarşısını alır.
Fermentlər – Plasentada 55 növ ferment aşkarlanıb (qələvi fosfotaza turşu fosfotaza,dinaza, ubixınon daxil olmaqla ) Fermentlər kimyəvi reaksiyaların gedişatını sürətləndirən zülal mənşəli maddələrdir.Fermentlərin həyatı proseslər üçün rolu çox böyükdür,müxtəlif fermentlərin olması kimyəvi reaksiyaların sürətli getməsinə şərait yaradır,canlı hüceyrə bu və ya digər reaksiyanın sürətini artıran 1000-ə qədər fermentə malik olur.Məsələn, litik fermentlər birbaşa zədələnmiş mikrofloranın artmasına mikrobların səthinin pro-teolizi və onların nuklein turşularının destruksiyası sayəsində təsir edir.Fermentlər orqanizmin inkişafında və normal funkionallaşmasında mühüm rol oynayan effektiv bioloji katalizatorlardır.Bir fermentin çatışmazlığı və ya təsirsiz olması bütün orqanizmdə maddələr mübadiləsinin pozulmasına gətirib çıxarır.
Nukleotidlər-Bunlar N- qlikozidlər olub,nuklein əsaslıdırlar; riboza və ya dezoksiribozadan ibarət olurlar
Nukleotidlər – bunlar nukleozidlərlə fosfor turşularının efirləridir.Nukleotidlər, nuklein turşularının polimer zəncirlərinin qurulduğu monomer vahidləridir. Genetik məlumat DNT nukleotid ardıcıllığında kodlanır. Nukleotidlər və nukleozidlər bütün həyat proseslərinin ( dezoksiribonuklein və ribonuklein turşuları) maddi əsası olan zülalların sintezində birinci dərəcəli rol oynayırlar. Laennec-in tərkibində DHEA-nın (dehidroepiandrosteron) mikrodozları var-bunlar hormonların başlanğıc formaları olub orqanizmdə çatışmayan müvafiq hormona (fizioloji səviyyədə), məsələn, estrogenə, pregesterona və ya testesterona çevrilir.
Beləliklə, plasenta bütün bioloji aktiv maddələrin təbii deposu və produsenti hesab olunur. Bu isə kliniki təsirlərin geniş spektr olmasına səbəb olur.
Nevrologiyada tətbiqi:
NGF- (Nerve Growth Factor) – Siniz böyümə faktoru mürəkkəb quruluşa malikdir, yüksək molekullu zülallardır. Onun tərkibində həm hidrofilik, həm hidrofobik strukturlar var ki, bu da onun homoloji (lipid və hidrofilik) anatomik maneələrdən keçməsinə imkan verir.
NGF-hipokamp tərəfindən cüzi miqdarda sintez olunur. Bundan başqa, NGF-nın əsas xüsusiyyəti odur ki, hətta çox aşağı bioloji aktiv konsentrasiyalarada belə, hədəf orqanlara çatdıqdan dərhal sonra toxumanın özü tərəfindən endogen NGF istehsalını stimullaşdıra bilir.
NGF-nin təsirləri aşağıdakılardır:
1) beyinin müxtəlif nahiyələrində, o cümlədən locus coeruleus, hipotolamus, beyin qabığı və bazal qanqliyalarda neyronların sayının artması.
2) dopaminergin (DA-ergin) sayının artması (SNc-də neyronlar)
3) Lewy cisimlərinin sayının azalması (o cümlədən) Parkinson xəstəliyinə xas olan marker kimi qəbul edilən sitoplazmatik tiplər
4) Qara maddənin kompakt zonasında (SNc) apoptotin neyronların sayının azalması
5) Serebral corteks (boz maddə) və hippokampda apoptotik neyronların sayının azalması
6) Bazalda xolinergik neyronların sayının artması (ön beyində, hippokampda, boz maddədə)
7) Amiloid lövhələrin sayının azalması
8) Aβ 42 peptidin səviyyəsinin aşağı düşməsi (Alsgeymer xəstəliyinin markeri)
9) İltihabın azalması
10) Asetilxolinin səviyyəsinin artması
Göstərişlər:
-İnsult (ilkin bərpa dövründə)
-Serebral iflic
-Autizm spektr pozuntular
-Polineyropatiya (o cümlədən diabetik)
-Mononeyropatiya (üz sinirinin neyropatiyası daxil olmaqla)
-Neyrodegenerativ xəstəliklər
-Demielizasiya xəstəlikləri (mielin qılafınınn zədələnməsi nəticəsində yaranan xəstəliklər).
-Zehni fəaliyyətin aktivləşdirilməsi
-Avtonom sinir sisteminin xəstəlikləri
-Beyində qan dövranının xroniki pozulması
-Xroniki yorğunluq sindromu
Təyinat sxemi

1)Beyində qan dövranının kəskin şəkildə pozulması hallarında:
Kəskin periodda venadaxili damcı tətbiqi 10 ml dərman (5 ampul) 250-500 ml 5%-li dekstroza məhlulunda və ya fizioloji məhlulda həll edilir, 1,5-2 saat ərzində dirsək venasından yeridilir. Kursun müddəti 5 gündür
Erkən bərpa dövründə:
4 ml (2 ampula) preparatı 100 ml fizioloji məhlulda həll edib venadaxili və ya 4 ml həftədə 3 dəfə olmaqla əzələdaxilinə inyeksiya olunur. Kurs № 10.

2)Diabetik neyropatiya zamanı:
Venadaxili damcı üsulu: 6 ml preparatı (3 ampula) 250-500 ml 5%-li dekstroza və ya fizioloji məhlulda həll edilir, dirsək venasından 1,5-2 saat ərzində damcı şəklində yeridilir.
İnyeksiya həftədə 3 dəfə aparılır №15.

3)Orqanizmin ağır psixoloji və fiziki yorğunluqdan sonra bərpası, qocalmanın profilaktikası zamanı:
Preparat 8-20 ml 4-10 ampul venadaxili həftədə 2 dəfə olmaqla 10 seans təyin olunur. Kurs ildə 2 dəfə aparılmalıdır. Əsas müalicəvi kursların arasında dəstəkləyici terapiya da həyata keçirilməlidir.

-Bu zaman 2 həftədən bir olmaqla 8 ml-dən 20 ml-ə qədər təyin oluna bilər. (4-10 ampul)
-Preparat farmakopunktur zamanı da təyin olunur. Bir kurs 10 seans olmaqla, həftədə 2 dəfə 8 ml (4 ampul) inyeksiya olunur. Kurs ildə 2 dəfə aparılmalıdır. Əsas müalicə kurslarının aralığında dəstəkləyici terapiya olaraq, 2 həftədən bir 8 ml (4 ampul) təyin olunur.
-Farmakopunktura və introvenoz damcı üsulu növbəli şəkildə ardıcıllıqla təyin oluna bilər.
Sxemə uyğun olaraq:
Həftə ərzində 1 dəfə introvenoz damcı 1 dəfə də farmakopunktura (dozalar eyni olaraq qalır).
Tam kurs 5 dəfə damcı tətbiqi, 5 dəfə farmakopunkturadan ibarətdir.
-Əzələ daxili 3 həftə ərzində bir gündən bir olmaqla 4 ml (2 ampul).

İfliclər zamanı preparat biopunktura üsulu ilə onurğaya,əl və ayaqlarda xüsusi bioloji aktiv nöqtələrə vurulur.

Ən çox oxunanlar

Bənzər məqalələr

FES -Funksional Elektromiostimulyasiya

FES-Funksional Çoxkanallı Elektromiostimulyasiya aparatı ilə ağır dərəcəli mərkəzi ifliclərdə,periferik sinirlərin iflicində,travmadan sonra yaranan zədələnmələrin və ağır ortopedik problemlərdə əzələləri gücləndirən və sinirləri oyadan,stimulyasiya edən müasir

Daha ətraflı »