Serebral ifliclə qarışıq salınan xəstəliklər.

Ən çox oxunanlar

Serebral ifliclə qarışıq salınan xəstəliklər.

Serebral iflic diaqnozu bir çox hallarda bəzi neyrodegenerativ ,metabolic və irsi xəstəliklərlə səhf salınır .Yəni təkcə  Azərbaycanda deyil eləcə də bütün dünyada bəzi nadir xəstəliklər serebral ifliclə qarışdırılır və ya səhf diaqnoz qoyulur.Bunun əsas səbəbi isə bir çox nevroloji degenerativ,irsi xəstəliklərin əlamətlərinin serebral iflic xəstəliyi ilə oxşar olmasıdır.

Məsələn,bir çox genetic neyrodegenerativ xəstəliklərdə-xəstədə beyin inkişafı geri qalır,uşağın ayaqlarında,əllərində iflic formalaşır,bir çox hallarda ətraflarda tonus yüksək olur,uşaqda qıcolmalar olur,ağızdan su gəlir,çeynəmə ,udma problemləri olur.

Gördüyünüz kimi bütün bu əlamətlər serebral iflic xəstələrində də olur və bu üzdən səhf diaqnoztikaya səbəb olur.

Lakin genetic,metabolic,neyrodegenerativ xəstəlikləri bəzi fərqləndirici xüsusiyyətləri var və bunları mütləq nəzərə almaq lazımdır:

-Genetik,neyrodegenerativ xəstəliklər bəziləri yavaş bəziləri isə sürətli proqressivlə.məyə meyillidir.

-Bu xəstəliklərdə tədricən əqli-koqnitivərəkət və davranəşlarda reqress yəni geriləmə görürük.

-Neyrodegenerativ xəstəlikləri bir çoxunda göz funksiyaları pozulur,retinal degenerasiya və ya optic sinirin atrofiyası əlavə olunur.

-Neyrodegenerativ ,metabolic xəstəliklərdə bir çox hallarda qıcolma və epileptic tutmalar dərmana tabe olmur.

-Metabolik iris xəstəliklərdə tədricən uşaqda qusma,qidalanma pozulması,süstlük,koma inkişaf edə bilər.

-Metabolik xəstəliklərdə tədricən uşağın sidiyindən və tərindən qəribə qoxu gəlməyə başlayır.

Aşağıda tərtib etdiyimiz cədvəldə serebral ifliclə qarışıq salınan əsas xəstəliklərin siyahısı verilmişdir.

Bu xəstəliklərin düzgün diaqnostikası üçün isə-metabolik tarama testləri,qan qazlarə,genetic təhlillər və neyrogörüntüləmə üsullarından istifadə etmək lazımdır.

Ən çox oxunanlar

Bənzər məqalələr

FES -Funksional Elektromiostimulyasiya

FES-Funksional Çoxkanallı Elektromiostimulyasiya aparatı ilə ağır dərəcəli mərkəzi ifliclərdə,periferik sinirlərin iflicində,travmadan sonra yaranan zədələnmələrin və ağır ortopedik problemlərdə əzələləri gücləndirən və sinirləri oyadan,stimulyasiya edən müasir

Daha ətraflı »