Hemifasial spazm-üz əzələlərinin və gözətrafı əzələlərin bir tərəfli tonik və ya klonik yığılması nəticəsində yaranan xəstəlikdir.
Üzün bir yarısındakı yığılma daimi deyil yalnız tutma şəklində,vaxtaşırı olur və əsasən xəstə həyəcanlanada,stres,gərginlik,yorğunluq zamanı artır.
Spazm tutması zamanı-göz qapaqları əsir,yığılır,ağız bucağı əsir və yığılır.
Xəstəliyin səbəbi ipsilateral üz əzələlərinin innervasiya edən üz sinirinin paroksizmal hiperaktivliyidir.
Spazmlar xəstəyə həm psixoloji mənfi təsir edir həmdə estetik problem yaradır.
Bu spazmlar əsasən 40-50 yaşından sonra formalaşmağa başlayır.
Bir çox hallarda xəstəlik tədricən inkişaf edir,yəni əvvəlcə göz ətrafı əzələlər yığılır daha sonra isə yığılma ağız kənarı əzələlərə də götürülür.
Spazmlar əsasən yorğunluq,əsəb,gərginlik zamanı artır.
Xəstəliyin müalicəsində qızıl standart botulinoterapiyadır,yəni botox adlanan antispastik iynə ilə qeyri iradı əzələ spazmı aradan qaldırılır.Nəticədə gözətrafında,üzdə yığılmalar,səyrimələr aradan qalxır.Botulinoterapiyanı hər 4-6 aydan bir təkrar etmək məsləhətdir.













Röyanə Quluzadə 2 sentyabr 1980 ci ildə anadan olmuşdur. 1998-2004 cü illər Azərbaycan Tibb Universiteti Pediatriya fakultəsində təhsil alıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sertifikasiya Komissiyası, Nevrologiya Sertifikasiya şəhadətnaməsini alıb.