Xroniki tiklər və Turet sindromunun müalicəsi

Xroniki tiklər və Turet sindromunun müalicəsi

Tiklər ani olaraq istənməyərəkdən baş verən, təkrarlanan, refleks hərəkətlərdən ibarət olub eyni zamanda əzələ sıxılması ilə müşahidə olunan psixoloji narahatçılıqdır.

Tiklərin yaranmasında sinir sisteminin funksional tarazlığının pozulması,narahatçılıqlar,həyəcan,qorxu,stress birbaşa təsir göstərir.

Aparılan araşdırmalara əsasən qeyd etmək olar ki, on uşaqdan  birində tik müşahidə olunur və qızlarla müqayisədə oğlanlarda 3 dəfə artıq bu narahatçılığa rast gəlmək olar.

Tiklər müxtəlif yaş dövrlərində müşahidə oluna bilər. Lakin müəyyən zamanlar var ki, problemin özünü göstərməsi bu yaş dövrü üçün daha xarakterikdir. Xüsusilə 3-6 yaş (uşaqlıq böhranı) və 12-15 (yeniyetməlik böhranı) yaşı qeyd etmək lazımdır.
Niyə məhz bu yaş dövrləri? 3 yaşında bağçaya, 6 yaşında isə məktəbə adaptasiya dönəmində uşaqların rastlaşdığı çətinliklər tiklərin yaranmasına yol aça bilər. Bir çox hallarda valideynlər uşaqlarında tiklər müşahidə etdikdə, “belə etmək olmaz,niyə belə edirsən” kimi ifadələrdən istifadə edirlər. Unutmaq olmaz ki, tikləri olan uşaqların valideynləri onlarla düzgün davranış forması seçmədikdə problem daha da dərinləşir.

Vaxtında aparılan psixoloji və medikamentoz müalicələr tiklərin aradan qalxmasına səbəb olur.Xroniki tiklərin (3 aydan çox davam edən)müalicəsində mütləq yanaşı nevroloji dərman müalicələrinin aparılması tövsiyyə olunur,belə ki müalicədə istifadə olunan sakitləşdirici,antideppressant,antispastik,miorelaksasiyaedici,qorxu,həyəcanı azaldan dərmanlar tiklərin müalicəsinə kömək edir.

Pediatr-nevroloq Röyanə Quluzadə