Uşaqlarda əqli inkişaf ləngimələrinin səbəbi nədir?
❗️Gəlin əvvəlcə baxaq görək əqli -koqnitiv funksiyalar deyəndə nə nəzərdə tutulur?
Əqli funksiyalara:
✔️Qavrama
✔️Anlama
✔️Məntiqi təfəkkür
✔️Nitq
✔️Davranış
✔️Emosional-duyğu sferası aiddir.
❗️Bəs hansı problemlər bu kimi qüsurlara səbəb olur?
✅️Genetik qüsurlar-Daun,Prader-Vill sindromu,Vilyams sindromu,Rett sindromu və.s kimi yüzlərlə genetik qüsurlar əqli ləngiməyə səbəb olur.Genetik qüsurların diaqnostikasında -kariotip analizi, Ekzom analizi istifadə olunur!
✅️Dölün beyninin bətndaxili infeksion,toksiki zədələnməsidə əqli problemlərə gətirir:narkomaniya ,ananın qəbul etdiyi bəzi dərmanlarxüsusilə trankvilizəedici,antikonvulsantlar.
✅️Toksoplazma,Sitomeqalovirus,Herpes,Məxmərək və.s kimi infeksion xəstəliklər bətndaxili dövrdə ciddi qüsurlara və əqli geriliyə səbəb olur.
✅️Anadangəlmə mübadilə xəstəlikləri-xüsusilə amin turşuların mübadilə xəstəlikləri ,Fenilketonuriya,Tirozinemiya,ağcaqayın şirəsi sindromu
✅️Endokrin səbəbli-Hipotireoz xəstəliyi
✅️Səbəbi məlum olmayan
♿️Əqli inkişaf ləngimələrinin səbəbləri geniş olduğundan geniş diaqnostik diferensiasiya tələb edir.
Biopunktura nədir?
Biopunktura- Alman müalicəvi texnikası olub ilk dəfə alman alimi Jan Kersscchot tərəfindən tətbiq edilməyə başlamışdır. Biopunktura metodunun əsasında bioloji fəallığa malik dərmanların-məsələn kök hüceyrə və