Bu sindrom uşaqlar arasında kifayət qədər çox yayılmış hərəki pozulmalardandır.Uşaqda olan bu cür boşluq-hipotoniyanın səbəbləri çox müxtəlif ola bilir yəni mərkəzi sinir sistemi zədələnməsindən tutmuş,onurğa beyni xəstəliyi, genetik metabolik,endokrin xəstəlik hətta əzələ sisteminin xəstəlikləri(spinal muskulyar atrofi,serebral iflic,muskulyar distrofi və.s) ola bilir. Şəkildə göstərilən testlə ən sadə yolla yenidoğulmuş və südəmər uşaqda problemi ev şəraitində belə təyin etmək olar. İstənilən hallarda 1 yaşa kimi aparılan düzgün differensial diaqnostika vaxtında müalicəni təmin edir və proqnozu şərtləndirir…

Körpədə nevroloji problemin 5 erkən əlaməti: valideynlər nəyə diqqət etməlidir? – HƏKİM AÇIQLADI
Nevroloq Röyanə Quluzadə körpələrdə inkişaf gecikməsi, əzələ tonusu, qıcolma, göz kontaktı və asimmetrik hərəkətlərlə bağlı 5 erkən əlaməti izah edir.











Röyanə Quluzadə 2 sentyabr 1980 ci ildə anadan olmuşdur. 1998-2004 cü illər Azərbaycan Tibb Universiteti Pediatriya fakultəsində təhsil alıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sertifikasiya Komissiyası, Nevrologiya Sertifikasiya şəhadətnaməsini alıb.