Transkranial Beyin Stimulyasiyası ilə əqli,hərəkət və davranış problemlərinin müalicəsi.
Xarici ədəbiyyatda digər adı Transcranial Direct Current Stimulation (tDCS) adlanır.
Beyin elektrostimulyasiya aparatının iş prinsipi kəllədə müvafiq nahiyələrə yerləşdirilən iki elektrod vasitəsilə beyinin müvafiq şöbələrini oyandırmaq və ya tormozlamaqdan ibarətdir.
Bunun üşün müsbət Anode (positive, red) və mənfi elektrodlar Cathode (negative, black) xüsusi montajlara əsasən manjetlə kəlləyə bərkidilir və 15-20 dəqiqə ərzində beyin stimulyasiya olunur.
Beyin stimulyasiyası ilk seanslarda daha kiçik voltajlarla başlayır (0,5mA) tədricən daha yüksək (2mA) stimulyasiyaya çatdırılır.
Stimulyasiyanın ilk seanslarından başlayaraq artıq effektiv nəticələr görülməyə başlayır.
Prosedurlar 2 yaşından başlayaraq uşaqlarda istifadə oluna bilər.
Uşaqlarda əsasən-nitq inkişafının ləngiməsi,hərəkət inkişafının ləngiməsi,autism spektr pozuntuların müalicəsi,hiperaktivlik və diqqət yayınması,öyrənmə,qavrama qabiliyyətinin zəifliyi,tiklər,kəkələmə,turett sindromu,gecə enurezlərinin müalicəsində istifadə oluna bilər.
Böyüklərdə-depressiya,impulsivlik,tez özündən çıxma,əsəbilik,yuxu pozulmaları,qorxu və həyəcan,panic atakların müalicəsində,postttravmatik stress,yaddaş zəifliyi,diqqətsizlik ,miqren,davamlı dərmana tabe olmayan başağrıları və.s müalicəsində istifadə olunur.
Dünyanın ən müasir müalicə mərkəzlərində eləcədə Con Hopkins Universitetində geniş tətbiq olunan metod artıq Azərbaycanda da geniş tətbiq olunur!
Müalicələr zamanı istifadə olunan əsas montajlar:
Accelerated Learning (DARPA)-Öyrənmə,Qavrama qabiliyyətinin artırılması.
Depression and Anxiety-Depressiya,Həyəcan və Panik atak müalicəsi.
Control Cravings-Davranış pozuntuları,Stereotipiyalar və Aludəliyin müalicəsi
Chronic Pain-Xroniki Başağrıları,Miqren müalicəsi
Motor Skills and Learning-Hərəkət bacarıqlarının ləngiməsi,Serebral iflic,İnsultdan sonrakı fəsadların bərpası
Impulsiveness-İmpulsivlik,Tez özündənçıxma,əsəbilik,hiperaktivlik müalicəsi
Mathematical Abilities-Riyazi bacarıqlar,Məntiqi təfəkkürün yüksəldilməsi
Attention-Diqqətin artırılması
Memorization –Yaddaşın gücləndirilməsi