Autism Spekt Pozuntu nədir?
Autizm Spektr Pozuntuların müalicəsində Mezenximal Kök Hüceyrə
transplantasiyalarının perspektivləri.

Ən çox oxunanlar

Autism Spekt Pozuntu nədir?
Autizm Spektr Pozuntuların müalicəsində Mezenximal Kök Hüceyrə
transplantasiyalarının perspektivləri.

Autism Spekt Pozuntu nədir?
Autizm Spektr Pozuntuların müalicəsində Mezenximal Kök Hüceyrə
transplantasiyalarının perspektivləri.
Autizm ən çox rast gəlinən xəstəliklərdən biridir və uşaqların 1-2 faizində
müşahidə olunur. Onun səbəbləri tam məlum deyil. Xəstəlik nitqin və digər
insanlarla qarşılıqlı əlaqənin pozulmasına gətirib çıxarır ki, bu da öz növbəsində
uşağın zehni inkişafında ləngiməyə səbəb olur. Bu cür nəticələrin qarşısını
almaq üçün xəstəliyi vaxtında aşkar etmək və müalicəyə tez başlamaq çox
vacibdir. Bu patologiyanın müalicəsində standart üsullarla yanaşı kök
hüceyrələrdən də getdikcə daha çox istifadə olunur. Onların tətbiqi beyinə
müsbət yöndə təsir göstərir, uşağın davranışını yaxşılaşdırır və sonrakı danışma
terapiyası və davranış korreksiyasının effektivliyini artırır.
Autizmin erkən diaqnostikası
Valideynlər aşağıdakı əlamətləri gördükdə həkimə müraciət etməlidirlər:
 1 yaşinda uşaqda işarə və jest yoxdur,adına reaksiya yoxdur
 1 yaşından başlayaraq tək-tək sözlər heç yoxdursa
 2 yaşından öncə qisa ifadələr istifadə etmirsə.
 Istənilən yaşda əvvəllər qazanılmış nitq və ya sosial bacarıqlarını tədricən
itirirsə
 1 yaşından etibarən təkrarlayıcı,stereotipik (fırlanma,yellənmə,əl
sallama,fırlanan əşyalara baxma) hərəkətləri yaranmağa başlayıbsa
Autizmdə diaqnozun qoyulması üçün meyarlar
Diaqnozun qoyulması üçün Xəstəliklərin Beynəlxalq Təsnifatından istifadə
edilir. Xəstəliyin iki qrup əlaməti var. Aşağıdakı şərtlər eyni vaxtda yerinə
yetirildikdə diaqnoz qoyula bilər:
1-ci qrupdan ən azı 2 əlamətinin olması:
2-5 qrupların ən azı 1 əlamətinin olması .
Bütün qruplardan cəmi ən azı 6 simptomun olması
1 ci qrup. Sosial qarşılıqlı əlaqənin pozulması. Uşaq insanlarla ünsiyyət qura
bilmir, onlara baxmır, qarşılıqlı anlaşma yaratmaq üçün mimika, jest və
duruşdan istifadə etmir. Uşaq ümumi fəaliyyətlər, maraqlar və ya duyğular
əsasında digər uşaqlarla əlaqə qura bilmir. Uşaq hazırkı yaşından asılı olaraq
mənimsəməli olduğu ünsiyyət formalarını,onların qurulması üçün lazımi ilkin
şərtlərin olmasına baxmayaraq, mənimsəmir. Sosial, emosional, davranış və
ünsiyyətin pozulması, təklif olunan sosial təmaslara deviant (qeyri-adekvat)

cavab növü.Digər insanlarla ümumi maraqların və fəaliyyətlərin ortaya çıxması
ilə əlaqədar müsbət emosiyalar göstərə bilməmək.

  1. Ünsiyyət pozğunluqları. Danışıq nitqi inkişaf etmir və ya onun inkişaf sürəti
    ləngiyir. Eyni zamanda, ünsiyyət çatışmazlığını kompensasiya etmək üçün
    mimika ve jestlərdən istifadə edilmir. Uşaq başqa insanlarla ünsiyyətə girə və ya
    ünsiyyəti davam etdirə bilmir: ifadələr, sözlər və ya onların fraqmentləri səhv və
    yersiz istifadə olunur. Uşaq oyun zamanı sosial obrazları özündə sınamır.
    3.Təkrarlanan davranış nümunələri. Uşaq stereotipik hərəkətlər edir, eyni tipli,
    bir çox hallarda qeyri-adekvat məzmunlu təkrarlanan hərəkətlər edir. Xəstə uzun
    müddət əksər uşaqlar üçün maraqlı olmayan digər obyektlərlə məşğul olur.
  2. Psixi və davranış pozğunluqları: qorxu, həyəcan,aqressiya və avtoaqressiya,
    həddindən artıq yemək və s.
  3. Sadalanan simptomlar 3 yaşa qədər aşkar edilir.
    Autizm tək bir xəstəlik deyil, özündə bir neçə xəstəlikləri cəmləşdirən
    sindromdur. Buraya Kanner, Asperger, Rett, Geller Sindromu, uşaq psixozu,
    atipik uşaq psixozu, autistik xüsusiyyətlərə malik əqli gerilik və digər
    patologiyalar daxildir. Autizm spektri pozğunluğunun hər bir növü özünəməxsus
    xüsusiyyətləriə malikdir.
    Xəstəliyin ağırlıq dərəcəsi
    Xəstəliyin kəskinliyi CARS kəmiyyət şkalası ilə qiymətləndirilir. O, yalnız ilkin
    diaqnoz üçün deyil, həm də müalicənin müvəffəqiyyətini təsdiq edən
    dinamikada uşağın monitorinqi məqsədi ilə istifadə olunur. Şkala 2 yaşdan
    yuxarı uşaqlar üçün nəzərdə tutulub. CARS şkalası 15 parametri qiymətləndirir:
    Insanlarla münasibətlər, Onların fəaliyyətlərinin və hərəkətlərinin imitasiyası,
    Göz təmasını saxlamaq, Səslərə reaksiya, Toxunmağa,qoxuya və dadlara
    reaksiya, Emosional reaksiya vermək, Narahatlıq və ya qorxu, Mobillik və
    koordinasiya, Obyektlərdən istifadə etmək bacarığı, Yeni vəziyyətə uyğunlaşma
    bacarığı, Nitq Qeyri -şifahi ünsiyyət (mimika, jest, duruş) Uşağın ümumi
    fəaliyyəti, İntellektual cavabların keyfiyyəti və ardıcıllığı, Xəstənin ümumi
    təəssüratı. Sadalanan hər bir maddəni 0-4 bal intervalı ilə qiymətləndirmək
    mümkündür. Yekun maksimum bal 60 baldır. Autizm 30 baldan başlayır. 37 və
    ya daha çox balın olması patologiyanın ağır formasinı göstərir.
    Autizmin klinik dövrləri
    Autizm müxtəlif xəstələrdə fərqli şəkildə inkişaf edir. Xəstəliyin gedişatının
    klassik variantı belədir:

1-ci mərhələ – psixoz: 1 aydan 6 aya kimi davam edir. Bu uşağın inkişafında
dayanma və ya kəskin ləngimə şəklində xarakterizə olunur. O, uzaqlaşır, özünü
təcrid etməyə meylli olur. Emosiyaları yox dərəcəsində olur, fəaliyyəti azalır.
Mərhələ 2 – reqressiya. 6-12 ay davam edir. Ușaq nitqini itirir. Özünə xidmət
bacarıqları, səliqəlilik getdikcə pisləşir. Motor stereotipləri görünür. Jestlər
uşağın erkən yaşına uyğun olaraq daha primitiv şəkildə olur.
Mərhələ 3 katatonikdir. 1,5-2 il davam edir. Simptomlar tədricən daha az ifadə
edilir. Eyni zamanda katatonik pozğunluqlar meydana çıxır:oyanma, neqativizm.
Stereotip davam edir.
Üçüncü mərhələ başa çatdıqdan sonra inkişaf adətən bərpa olunur. Simptomlar
tədricən azalır. Ancaq bir çox problemlər qalır: artan aktivlik, impulsivlik,
obsesif-kompulsiv pozğunluqlar, fobiyalar. Xəstəliyin təbii gedişatında
xəstələrin üçdə ikisi nitqin olmaması və böyüklərin göstərişlərinə əməl edə
bilməməsi qalır.
Autizmin müalicəsi
Erkən diaqnoz son dərəcə vacibdir, çünki müalicə mümkün qədər erkən
başlanmalıdır. Bu cür yanaşma körpənin intellektual və psixoloji inkişaf tempini
mümkün qədər normallaşdırmağa imkan verir. Müalicə davam etdirilməlidir. Bu
zaman terapiyanın müxtəlif istiqamətlərindən istifadə olunur:
Dərman, Defektoloji, Pedaqoji ,Psixoloji, neyropsixoloji və psixoterapevtik.
Son illərdə tibb aləmində hüceyrə terapiyası populyarlıq qazanmışdır.
Pasientə beynin zədələnmiş sahələrinin bərpasını təmin edən və davranış,
intellekt, sosial qarışlıqlı əlaqə və ünsiyyətin yaxşılaşmasına səbəb olan
mezenximal kök hüceyrələr vurulur.
Autizmin müalicəsinə əsas yanaşmalar
Müalicənin əsasını davranış terapiyası təşkil edir. Bu terapiyanı davamlı olaraq
etmək lazımdır. Həftədə 20 saatdan az olmayaraq. Bütün digər üsullar isə
köməkçidir,dəstəkləyici xarakter daşıyır.
Bütün dünyada istifadə olunan əsas effektiv davranış terapiyaları
aşağıdakılardır:
TEACCH metodu. Bu metod, böyüklər tərəfindən uşaq üçün xüsusi mühitin
yaradılmasını nəzərdə tutur. Körpəni narahat edən bütün xariciamillər sıfıra
enməli və ya tam olaraq uzaq tutulmalıdır. Uşağın günü ciddi şəkildə metodun
təyin etdiyi qrafikə uyğun keçir: İstiqamətləndirici kartlar vasitəsilə öyrənmək.
Hər şey- bütün əşyalar öz yerindədir. Pedaqoq uşaqla uzunmüddətli kontakt

qurmağa çalışır, korreksiyaedici təlimlər həyata keçirilir. Bu metod heç bir şeyə
məcbur etməyi nəzərdə tutmur.
ABA metodu. Davranışın dəyişdirilməsini əhatə edir. Orta ağır və ağır autizm
formaları üçün istifadə olunur. Böyüklər qətiyyətlə uşağın bütün hərəkətlərinə
nəzarət edir, onunla birlikdə müəyyən hərəkətlərin və aktların ayrı-ayrı
mərhələlərini öyrənir, həyata keçirir, müxtəlif manipulyasiyalar edir və tədricən
bu hərəkətləri birləşdirir bir növ zəncir kimi bir-birinə bağlayır. Xəstənin heç
bir təşəbbüsü təmin edilməməlidir. Tədricən, hədəf hərəkətləri avtomatizmə
gətirilir, sonra hərəkətlər çətinləşdirilir.
Dərman preparatları.
Ușaqda autizmi müalicə edəcək dərmanlar yoxdur. Lakin bəzi dərman vasitələri
ilə cari problemlərdən xilas olmaq mümkündür,məsələn:Aqressivlik, qorxu,
hiperaktivlik və s. Lakin medikamentoz müalicə aşağıda sadalanan əsas
vəzifələri həll etmir: uşağın təhsili,sosiallaşması,ünsiyyət bacarıqlarına
yiyələnmək,qavraması və.
Müalicə problemləri
Autizmin müalicəsinin dünyada mövcud üsulları əsasən kompleks şəkildə
aparılan pedaqoji fəaliyyətdir. Əslində, bu, uşaq üçün xüsusi bir təhsildir. Ona
danışmaq, müəyyən hərəkətlər etmək, cəmiyyətə inteqrasiya etmək öyrədilir.
Terapiyaya başlamazdan öncə uşağın valideynləri müalicənin məqsədini
bilməlidirlər. Valideynlər çox erkən yaşda körpədən körpənin masa arxasında
yaxşı davranmasını, özü sərbəst şəkildə tualet ehtiyaclarını ödəməsini, aqressiv
davranmamasını və böyüklərə ehtiyacları olmamasını tələb edir. Böyüdükcə
valideynlərin bu tələbləri dəyişir: uşağın təhsil almasını, cəmiyyətə inteqrasiya
olunmuş,sosiallaşmış və ətraf mühitə uyğunlaşmış fərd olmasını istəyirlər. Bu
zaman xəstənin özünün ehtiyacları çox vaxt valideynlərin istəklərinə ziddir:
autizmli insanlar cəmiyyətə qarışmağa meylli deyillər. Baxmayaraq ki, sosial
statusa az maraq göstərirlər ,bir çox peşə sahələri var ki, autizmli insanlar orada
çox gözəl şəkildə özlərini göstərə bilirlər.
Kök hüceyrələrin təsir mexanizmləri
Kök hüceyrələrin fəaliyyət mexanizmi çoxistiqamətlidir.
Kök hüceyrələr həm immun sisteminə,həm sinir sisteminə və toxuma bərpasına
təsir edirlər. Daha öncələr autizm spektr pozğunluqları sırf genetik patologiya
hesab olunurdu ancaq bu gün bir çox elmi məqalələr və nəşrlər autizmi həmçinin
İmmun pozğunluqları ilə əlaqələndirirlər. Əsas İmmun səbəblər kimi aşağıdakı
amillər nəzərdən keçirilir:

T-hüceyrələrinin və B-hüceyrələrinin, Sitokinlərin (xüsusilə interleykin-6)
disfunksiyası və Şiş nekrozu faktoru-alfa aktivliyinin artması.
İmmun pozğunluqların aradan qaldırılması ilə bağlı bir neçə cəhdlər edilmişdir:
steroid ve venadaxili İnsan immunoqlobulinin infuziyası,sitokinlərin birbaşa
inhibisiyası və.s .Lakin ən yaxşı nəticələr kök hüceyrələrin tətbiqi ilə qeyd
olunmuşdur. Çünki kök hüceyrə İmmun pozğunluqları aradan qaldıraraq beyin
neyronlarının funksiyalarını stimullaşdırır və immunitetinə müsbət təsir
göstərir.
Araşdırmalar göstərir ki, venadaxili inyeksiya olnumuş kök hüceyrələr beyin
parenximasına miqrasiya edə bilir, onun zədələnməsini və digər fəsadları aradan
qaldıra və hətta zədələnmiş sahələri bərpa edə bilər . Ehtimal olunan fəaliyyət
mexanizmi əvvəllər hesab olunduğu kimi kök hüceyrələrin neyronlara
çevrilməsi ilə deyil, reparativ proseslərin və angiogenezin (yeni qan
damarlarının əmələ gəlməsi) başlanmasını tətikləyən Böyümə faktorlarının
sərbəst buraxılması ilə əlaqədardır.

Dünyada aparılmış kök hüceyrə araşdırmaları.

Kök hüceyrə terapiyasının effektivliyini qiymətləndirmək üçün dünyada
çoxsaylı araşdırmalar aparılır.
Son 10 ildə dünyada Autizmdə kök hüceyrələrinin effektivliyinə dair 15 böyük
araşdırma aparılmışdır. Bütün nəticələr ümidverici olmuşdur: əksər uşaqlarda
kök hüceyrə müalicəsi tətbiq ediləndən sonra sosial, emosional, davranış və
intellektual sahədə ciddi irəliləyişlər olmuşdur.
Tədqiqat 1. Duke Universitetinin tədqiqatı (ABŞ)
Universitet Autizm zamanı kök hüceyrələrin istifadəsi və tətbiq imkanlarını fəal
şəkildə araşdirmışdır. Tədqiqatın Birinci mərhələsi 2017-ci ildə bașa çatıb.
Tədqiqatda iştirak edən bütün uşaqların diqqət və nitqində irəliləyişlər olub.
İlkin olaraq qeyri-verbal intellekt səviyyəsi yüksək olan xəstələrdə daha nəzərə
çarpacaq nəticələr əldə edilmişdir. Dərhal tədqiqatın ikinci mərhələsinə
başlanılib. Məqsəd allogen (donor) kök hüceyrələrin autizmli uşaqların
inkişafına təsirini öyrənməkdən ibarət olub. Tədqiqatda 2 yaşdan 11 yaşa qədər
olan xəstələr iştirak ediblər. Venadaxili kök hüceyrələrin tətbiqi 2 aylıq fasilə ilə
2 dəfə həyata keçirilib. Nəticələr və tədqiqatlar çap olunub və ümidverici
nəticələr əldə olunub.

Tədqiqat 2.Sutter Nevroloji Araşdırma Institutu tərəfindən tibbi araşdırma
aparılıb- plasebo nəzarətli tədqiqat. Burada 29 uşaq iștirak etmişdir. Müalicə
zamanı pasientin öz göbək kordonu qanı ehtiva edən kök hüceyrə istifadə
edildi. Nəticələr müsbət idi: artıq 12 həftədən sonra plasebo qrupundan fərqli
olaraq kök hüceyrələrlə müalicə edilən uşaqlarda sosiallaşmada əhəmiyyətli bir
inkişaf olduğu ifadə edildi. Qiymətləndirmə üçün Vinelandın adekvat davranış
şkalası istifadə edilmişdir. Tədqiqatçılar özləri müalicə üsulunun təhlükəsiz
olduğunu qeyd etdilər. Amma effektivliyini qiymətləndirmək üçün çoxlu
pasientin iştirakı ilə çoxsaylı tədqiqatların həyata keçirilməsinə ehtiyac duyulur.
Bu klinik sınaqda iştirak edən uşaqların valideynləri aydın şəkildə özünü büruzə
verən irəliləyişləri qeyd etdilər.
Tədqiqat 3.Shandong Jjiaotong Xəstəxanasında Araşdırma
Bir başqa autizm zamanı kök hüceyrə tətbiqi araşdırması Çində aparılib. Bu
tədqiqatda 3-12 yaş arası 37 uşaq iştirak edib. 1 donor hüceyrədən istifadə
edildi: Kordon
Mezenximal kök hüceyrə tətbiqindən sonra bir sıra meyarlar nəzərə alınmaqla
müəyyən ballarla uşaqlar qiymətləndirilib: sosial qarşılıqlı əlaqə, emosiyalar,
ünsiyyət, vizual görüntülərə reaksiya. Sonda yaxşı və əla nəticələr əldə
edilmişdir: Mezenximal kök hüceyrələrdən istifadə olunan qrupda 88,89%
hallarda (9 xəstədən 8-i), kordon qanı istifadə olunan qrupdan olan uşaqların
50%-də (14 uşaqdan 7-də),Plasebo qrupunda olan xəstələrin 7,69%-də (14
nəfərdən 1-i) ünsiyyət,nitq və sosiallaşmasında irəliləyişlər əldə edilib.
Kök hüceyrə müalicəsindən hansı nəticələr gözləmək olar?
Hal-hazırda dünyada autizm üçün effektiv standart müalicə yoxdur. Əksər
ölkələrdə yalnız psixoloji və pedaqoji korreksiyadan istifadə olunur. Bu tipli
təlimlər əlbəttə ki Autizm spektri pozğunluğu olan uşaqların cəmiyyətə
uyğunlaşmasına kömək edir. Amma bir çox valideynlər bu cür təlimlərdən əldə
edilən nəticələrdən tam razı deyillər.Belə halda əlavə dəstəkləyici bir müalicə
üsulu olaraq, kök hüceyrə terapiyasından istifadə oluna bilər.
Artıq inkişaf etmiş ölkələrin bəzi klinikalarında bu müalicə geniş tətbiq olunur.
Kök hüceyrə tətbiqindən sonra nəticələr özünü tədricən göstərməyə başlayır. İlk
müsbət dəyişikliklər yalnız bir neçə həftədən sonra müşahidə olunur. Hətta
yalnız bir dəfə kök hüceyrə inyeksiyasindan sonra da irəliləyişlərin olması
mümkündür.
Əgər kök hüceyrələrin inyeksiyası bir neçə dəfə, arasında 1-2 ayliq fasilə ilə
təkrar olunarsa, müalicəni müsbət nəticələri daha sürətli əldə edilir və daha çox

olur.Müsbət dəyişikliklər bir çox hallarda valideynlərə ilk 3-6ay ərzində daha
aydın görünür.
Aparılan Kök Hüceyrə terapiyaları nəticəsində autizm uşaqlarda aşağıdakı
nəticələr əldə edilmişdir:
Uşağın göz təması yaxşılaşır,diqqəti artır, uşaq öz adına cavab verə bilir və
başqa insanlara maraq göstərə bilir. Bir işarə jesti və obyektləri idarə etmək
bacarıqları formalaşır. Təxəyyülün formalaşması, oynamaq bacarığı,
kommunikativ-ünsiyyət bacarıqları təkmilləşir, uşaqda nitq inkişaf edir, öz
istəklərini ifadə etməyə başlayır və başqa insanların emosiyalarını dərk edir.
Məqsədyönlü davranışlar yerinə yetirmək bacarığı formalaşır. Bir hərəkət
formasından digər hərəkət formasına keçməyə başlayır. Uşaq gülümsəməyə,
duyğularını göstərməyə başlayır, mimika və jestlərdən istifadə edir. Fərdi
görməyi deyil, bütünü dərk etməyi öyrənir. Hərəkətlərini öncədən daha yaxşı
planlaşdıra və koordinasiya edə bilir. Bütün bu nəticələrə nail olmaq üçün bir
neçə ay vaxt lazım gəlir. Əlavə olaraq kök hüceyrələrlə yanaşı pedaqoji,
davranış üsullarından da istifadə edilməlidir.
Autizmin ağır forması olan atipik Autizm və Kanner sindromu bildiyimiz kimi
ağır zehni gerilik ilə müşayiət olunur. Ancaq kök hüceyrələrin bu qrup uşaqlarda
istifadəsi baş beynin funksiyasının bərpası hesabına hətta belə ağır formalarda
da kompleks terapiyada təlimlərin effektivliyini artıra bilir.
Autizm üçün kök hüceyrə müalicəsinin dünyada təxmini dəyəri:
Avropa – 1 sessiyasnda 10.000-20.000 Avrodan başlayaraq
Türkiyədə – 1seans 7000 USD-dən
Azərbaycanda – 1seans 5000 manatdan

Ən çox oxunanlar

Bənzər məqalələr

Biopunktura nədir?

Biopunktura- Alman müalicəvi texnikası olub ilk dəfə alman alimi Jan Kersscchot tərəfindən tətbiq edilməyə başlamışdır. Biopunktura metodunun əsasında bioloji fəallığa malik dərmanların-məsələn kök hüceyrə və

Daha ətraflı »

FES -Funksional Elektromiostimulyasiya

FES-Funksional Çoxkanallı Elektromiostimulyasiya aparatı ilə ağır dərəcəli mərkəzi ifliclərdə,periferik sinirlərin iflicində,travmadan sonra yaranan zədələnmələrin və ağır ortopedik problemlərdə əzələləri gücləndirən və sinirləri oyadan,stimulyasiya edən müasir

Daha ətraflı »