Anevrizmanı erkən mərhələdə təyin etmək demək olar ki, mümkün olmur

Ən çox oxunanlar

Anevrizmanı erkən mərhələdə təyin etmək demək olar ki, mümkün olmur

-Anevrizmanın yaranmasına səbəb olan əsas risk faktorları hansılardır?

Ümumiyyətlə, birinci qeyd etmək lazımdır ki, Anevrizma damarların, həm arteriya həm də venaların, amma əsasən arteriyaların divarının kisə şəkilli genişlənməsidir, yəni damarların hər üç qişası nazilərək deformasiyaya məruz qalır və kisə şəklində genişlənir. Onun yaranmasına səbəb olacaq  bir neçə risk faktorları var. İrsi, ümumiyyətlə, bir qüsur kimi yarana bilər, yəni anadangəlmə damar qüsuru kimi ola bilər və uşaq dünyaya Anevrizma ilə gələ bilər, hətta, zaman keçdikcə böyüyə də bilər. Təzyiq Atreskros, bəzi irsi damar divarı xəstəlikləri, məsələn, Ehlerdanlas ikincili səbəblərdəndir. Ehlerdanlas xəstəliyində əsasən, damarın divarının elastikliyi pozulur deyə müəyyən bir təzyiq nəticəsində damarın divarında bu cür kisə kimi genişlənmə əmələ gəlir. Başqa bir risk faktoru olaraqsa, Hipertenziya xəstəliyini deyə bilərik.

-Anevrizmanın erkən mərhələdə  aşkarlanması üçün hansı diaqnostik metodlar daha etibarlıdır?

Əslində, Anevrizmanı erkən mərhələdə təyin etmək çox zaman demək olar ki, mümkün olmur. Bunun səbəbi isə onun erkən mərhələdə heç bir əlamət göstərməməsidir. Qeyd etdiyim kimi, Anevrizma çox nadir hallarda erkən təyin oluna bilir və ən etibarlı diaqnostik metodları MR və KT angioqrafiyaları hesab olunur.

-Anevrizma diaqnozu almış xəstələrin uzunmüddətli izlənməsi və həyat tərzi dəyişikliyi necə təşkil olunur?

Hər hansısa bir xəstəyə artıq Anevrizma diaqnozu qoyulubsa və o artıq təhlükəli vəziyyətdədirsə, bunun yeganə müalicəsi neyrocərrahi müalicə üsuludur. Belə ki, əməliyyat vasitəsi ilə həmin genişlənmiş hissə, yəni Anevrizma ləğv olunmalıdır. Belə xəstələrin təbii ki, izlənməsi vacibdir, çünki sözügedən xəstəliyi keçirmiş xəstələrdə, xüsusilə, təzyiqi olan və çox siqaret istifadə edən bir xəstədirsə, bu xəstədə Anevrizma yenidən əmələ gələ bilər. Bu səbəbə görə xəstə ən azı ildə iki dəfə müayinələrdən keçib, izlənməlidir. Əlbəttə ki, Anevrizma xəstəliyi diaqnozu qoyulmuş şəxslər çox ehtiyatlı olmalıdırlar, xüsusilə təzyiqin artması zamanı ehtiyatlı olmalıdırlar. Buna görə də əməliyyat olunmuş şəxs nəzarətdə saxlanılmalıdır ki, onun təzyiqi artmasın. Təzyiqin artması yenidən Anevrizmaya səbəb ola bilər. Bundan əlavə olaraq, Anevrizma diaqnozu qoyulmuş xəstəyə ağrılıq qaldırmaq qəti şəkildə olmaz, belə ki, xəstə fiziki güc tələb edən işlərdən mütləq şəkildə boyun qaçırmalıdır.

Ən çox oxunanlar

Bənzər məqalələr