Mütəxəssislər son illərdə insanların yaddaş itkisi ilə bağlı şikayətlərində artım müşahidə edildiyini bildirir. Bu artımın əsas səbəbləri stres, yuxusuzluq, düzgün qidalanmama, texnologiyadan çox istifadə və yaşla bağlı dəyişikliklərdir.
Nevroloq Röyanə Quluzadə Sfera.az-a açıqlamasında bildirib ki, son vaxtlar həm cavanlarda həm də yaşlılarda yaddaş itməsi, yaddaş azalması kimi problemlər getdikcə artır:
“Ümumiyyətlə, beyin bədənimizdə ən çox enerjiyə ehtiyac duyan və ən həssas orqanlardandır. Gündəlik bədənimizin enerjisinin 20% beynimizin fəaliyyəti üçün istifadə olunur”.
Nevroloq gün ərzində bu enerjini haradan aldığımızla bağlı suala aydınlıq gətirib:
“Eyni zamanda beynimiz toksiki maddələrə çox həssasdır. Odur ki, ətraf mühit toksinləri, zərərli vərdişlər, içki, siqaret, havada ağır metallar – bunlar hamısı həssas sinir toxuması üçün böyük yüklənmədir”.
Müsahibimiz əlavə edib ki, beynin qidalanması boynumuzdan gələn 2 damar vasitəsilədir. Son zamanlar oturaq həyat tərzi, boyun duzlaşması, onurğa əyrilikləri kim faktorlar beynimizə qidalı maddələrin, qan axımının zəifləməsinə, beyinə az enerji çatmasına səbəb olur və getdikcə yaddaşımız və zehnimiz zəifləyir”.
Niyaz Hacıyev
Sfera.az













Röyanə Quluzadə 2 sentyabr 1980 ci ildə anadan olmuşdur. 1998-2004 cü illər Azərbaycan Tibb Universiteti Pediatriya fakultəsində təhsil alıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sertifikasiya Komissiyası, Nevrologiya Sertifikasiya şəhadətnaməsini alıb.