TDCS-Transcranial Direct Current Stimulation

Beynin Birbaşa transkranial stimulyasiyası-qeyri invaziv,ağrısız,ziyansız müasir aparat müalicələrinə aiddir.
Bütün dünyada eləcədə Jon. Hopkins Universitetində geniş tətbiq olunan bu dərmansız aparat müalicə üsulu birçox nevroloji problemlərin müalicəsində ümid işığı olmuşdur.
Aparatın əsas funksiyası kəllə üzərində beynin müvafiq şöbələri üzərinə yerləşdirilən elektrodlar vasitəsilə beyinin aşağı amplitudlu 0,1-1 mA elektrik stimulyasiyasının həyata keçirilməsidir.
Nəticədə,beyinin neyronal aktivliyi dəyişir,sinir hüceyrələri sanki oyanır,sinir hüceyrələri arasında sinaptik transmissiya,ötürülmə yaxşılaşır,beyində bioloji maddələrin, hormonlar-dopamin,serotonin,noradrenalinin ifrazını stimulyasiya edir.
Elektrodların kəllədə yerini dəyişməklə 2 fərqli effekt almaq mümkün olur:oyandıqda və tormozlanma.
Məsələn,Diqqət yayınması və Hiperaktivlik diaqnozu olan uşaqlarda tDCS aparatının istifadəsi zamanı uşaq sakitləşir,hiperaktivliyi,impulsivliyi azalır,diqqəti artır.
Nitq İnkişafı ləngiməsi olan uşaqlarda isə elektrodların yerini dəyişməklə əksini nitq mərkəzlərini oyatmaq,beyni stimulə etmək,yaddaş,qavramanı sürətləndirmək mümkündür.
tDcs -Beynin direkt stimulyasiya aparatı vasitəsilə bir çox müalicəsi çətin olan nevroloji xəstəliklərin dərmansız aparat müalicəsini həyata keçirmək mümkündür:
-Nitq ləngimələri
-Əqli ləngimələr
-Autizm spektr pozuntular
-Serebral iflic
-İnsultdan sonra hərəkət və nitq pozuntuları
-Parkinson xəstəliyi
-Tik və Turett sindromu
-Kəkələmələrin kompleks müalicəsində
-Depressiya və Obsessiv kompulsiv pozuntuların müalicəsində
-Diqqət yayınması və Hiperaktivlik müalicəsində
-Yaddaş problemlərinin müalicəsində

Uşaqlarda əqli ləngimələrin səbəbləri

Uşaqlarda əqli inkişaf ləngimələrinin səbəbi nədir?
❗️Gəlin əvvəlcə baxaq görək əqli -koqnitiv funksiyalar deyəndə nə nəzərdə tutulur?
Əqli funksiyalara:
✔️Qavrama
✔️Anlama
✔️Məntiqi təfəkkür
✔️Nitq
✔️Davranış
✔️Emosional-duyğu sferası aiddir.
❗️Bəs hansı problemlər bu kimi qüsurlara səbəb olur?
✅️Genetik qüsurlar-Daun,Prader-Vill sindromu,Vilyams sindromu,Rett sindromu və.s kimi yüzlərlə genetik qüsurlar əqli ləngiməyə səbəb olur.Genetik qüsurların diaqnostikasında -kariotip analizi, Ekzom analizi istifadə olunur!
✅️Dölün beyninin bətndaxili infeksion,toksiki zədələnməsidə əqli problemlərə gətirir:narkomaniya ,ananın qəbul etdiyi bəzi dərmanlarxüsusilə trankvilizəedici,antikonvulsantlar.
✅️Toksoplazma,Sitomeqalovirus,Herpes,Məxmərək və.s kimi infeksion xəstəliklər bətndaxili dövrdə ciddi qüsurlara və əqli geriliyə səbəb olur.
✅️Anadangəlmə mübadilə xəstəlikləri-xüsusilə amin turşuların mübadilə xəstəlikləri ,Fenilketonuriya,Tirozinemiya,ağcaqayın şirəsi sindromu
✅️Endokrin səbəbli-Hipotireoz xəstəliyi
✅️Səbəbi məlum olmayan
♿️Əqli inkişaf ləngimələrinin səbəbləri geniş olduğundan geniş diaqnostik diferensiasiya tələb edir.