“Qəfəs” reabilitasiya trenajoru

Uşaq serebral iflicinin kompleks müalicəsi reabilitasiyasız mümkün deyil. Serebral iflicin istər spastik, hipotonik istərsədə diskinetik formalarında xüsusi tətbiq olunan idman hərəkətləri bu uşaqlarda yeni hərəki vərdişlərin yaranmasına kömək edir,spastikanı azaldır,ətraf deformasiyalarının yaranmasının qarşısını alır və yeriyə bilməyən uşaqlarda ən əsası balansın-tarazlığın əldə olunmasında əvəzolunmaz rol oynayır.Hərəkətlərin biodinamik korreksiyasında müalicəvi bədən tərbiyəsinin əhəmiyyəti çoxdur. İnkişaf etmiş ölkələrdə-xüsusilə ABŞ-da müasir reabilitasiya proqramının əsas komponentlərindən biri olan Qəfəs trenajorunda “Hörümçək” sistemlə məşqlər xüsusi yer tutur.
Bu məşq avadanlığında pasient 2×2×2 metr ölçülü böyük metal qəfəsin içərisinə yerləşdirilir. Pasientin bədəninə bir ucu qəfəsə birləşik olan elastik lent bağlanılır. Lentlər pasientə müxtəlif ölçülü xüsusi manjetlər şəklində olan dayaq elementləri vasitəsilə bağlanılır.
Elastik lentlərin uzunluğunun idarə edilməsi və onların birləşmə yerini sərbəst seçimi pasientə yönəlmiş qüvvəni və onun istiqamətini individual olaraq təyin etməyə imkan verir.Hər pasient üçün individual ” hörümçək toru”müəyyən edilir. Bu, müxtəlif xəstəlikləri olan, xüsusilə uşaq serebral iflici, aşağı ətraf parezləri, onurğa zədəsi və.s pasientlərdə müalicəvi bədən tərbiyəsi məşqlərinin spektrini əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verir.
Avadanlıqda bədənin müxtəlif nahiyələrinə yük vermək yaxud yük götürməklə yanaşı bədənin vəziyyətinə nəzarət etmək və müvazinətinin inkişafı üçün məşqlər icra etmək olur. Bu məşqlər aktiv və passiv hərəkətlərin həcminin artmasına və yeni hərəkət vərdişlərinin qazanılmasına kömək edir.
Qəfəsə birləşmiş olan blok sistemləri vasitəsilə və əlavə olaraq lentlərin köməyilə seçici olaraq müəyyən zəifləmiş əzələ qruplarını məşq etdirmək olur.Pasientin yüngül çəkisizlik halından tam dartılmasınadək müxtəlif dərəcəli antiqravitasion təsirin tətbiq edilməsi və bu zaman tam təhlükəsizliyin təmin edilməsi hətta həvəssiz olan xəstələri belə reabilitasion prosesdə aktiv iştirak etməyə maraqlandırır.
“Qəfəs” reabilitasiya trenajoru ilə məşğələlər 1 yaşından etibarən bütün yaş qrup uşaqlara və həmçinin böyüklərə istifadə etmək olar.

Neyrosonоqrafiya

Neyrosonоqrafiya – (beyin ultrasonoqrafiyası)
Neyrosonaqrafiya– ultrasəsin köməyilə sinir sisteminin vəziyyətinin qiymətləndirilməsidir. Əsasən böyük əmgəkdən aparılan bu müayinə vasitəsilə uşağa heç bir şüa qorxusu olmadan beyin toxumalarının quruluşu,beyində anadangəlmə qüsurlar,kəllədaxili təzyiqin yüksəlməsinə gətirib çıxaran hidrosefaliya və beyinə qansızmaları dəqiqliklə təyin etmək mümkündür.Bu müayinə tamamilə ağrısız və qeyri invazivdir.! Yaşa kimi uşqlarda nevroloji problemlərin vaxtında aşkarlanması üçün bu müayinə üsulundan 3 aydan bir keçmək məsləhət olunur.
Uşaqlarda baş beynin ultrasonoqrafiyasını nə zaman etmək mütləq göstərişdir:
·Yarımçıq doğulmuş uşaqlar
·Kəllə-beyin travması, o cümlədən doğuş travması almış uşaqlar
·Sinir sisteminin zədələnmə əlamətləri olan
·Keysəriyyə kəsiyi ilə doğulanlar
·Apqar şkalası üzrə 7/7 –dən aşağı bal ilə qiymətləndirilən körpələr
·Nevroloji xəstəliklərin əlamətləri olan
·Başın və döş qəfəsinin dairəsinin ölçüsü uyğun gəlmədikdə
·Beynin oksigen aclığı keçirən
·Stiqmatizasiyanın yüksək səviyyəsi
·Hamiləlik zamanı KRVİ keçirildikdə
·Kəllədaxili təzyiqin artmasına şübhə olduqda
·Uşaq serebral iflicinə şübhə olduqda

Hiperaktivlik diaqnozu necə qoyulur

Bu diaqnozu qoymaq üçün Amerika Psixiatriya Assosiasiyasının tərtib etdiyi DSM-IV kriteriyaları yəni aşağıdakı əlamətlərin ən az 6-sı olması gərəkir və mütləq müalicə olunmalıdır çünki uşaqlarda sosial və akademik problemlərə səbəb olur.

Diqqətsizlik Hiperaktivlik/İmpulsivlik

1.Detallara diqqət etmir/ehtiyatsızlıqdan səhvlər edir
2.Diqqətini saxlamaqda çətinlikləri var
3.Birbaşa onunla danışanda qulaq asmır
4.Vəzifə və tapşırıqları sonacan etmir
5.Təşkilati işlərdə çətinlikləri var
6.Tapşırıq və təlimatları sevmir /onlardan boyun qaçırır
7.Əşyalarını itirir
8.Çox tez fikri başqa şeylərə yayınır
9.Unutqandır
1.Əl və ayaqları ilə narahat hərəkətlər edir/qurcalanır/bir yerdə durmur/qovrulur
2. Sakit otutub qalmaqda çətinliyi var
3.Çox ora-bura qaçır/ora-bura dırmaşır/yeniyetmələrdə subyektiv narahatlıq
4.Oyun oynamaqda çətinlik çəkir/sakit istirahət etməyi kifayət qədər çətindir
5. Daim hərəkətdədi ,”elə bil mühərrik qoşulub”
6. Həddindən artıq çox danışır
7.Sual tamamlanmamış cavab verir
8.Növbəni gözləməkdə çətinliyi var
9. Başqalarının sözünü kəsir/zəhlətökənlik edir

Uşağınızda bu əlamətlər varsa pediatr nevroloq müraciət edin!

Miqren diaqnozunun kriteriləri

Beynəlxalq Başağrı Cəmiyyətinin (İnternational Headache Society) hazırladığı Başağrılarının Beynəlxalq Klassifikasiyasına görə Miqren diaqnozunun qoyulması üçün aşağıdakı kriterilər əsas götürülür:

✅Başağrı tutmaları 1-72 saata kimi çəkir
✅Başağrıları başın bir tərəfində, alın-gicgah nahiyəsində lokalizasiyalaşır bəzən də ikitərəfli ola bilir
✅Ağrı pulsasiyaedici,döyünən və ya zoqquldayıcı olur
✅Çox bərk və ya orta dərəcəli ağrı olur
✅Bu başağrıya görə insanın gündəlik fiziki aktivliyi məhdudlaşır (yəni gündəlik gördüyü işlərini görə bilmir-yerimək,pilləkən çıxmaq,yemək bişirmək ,iş görmək və.s)
✅Başağrı zamanı xəstədə ürəkbulanma və/və ya qusma ola bilir
✅Xəstədə işıqdanqorxma və ya yüksək səsdən narahatçılıq olur (səsi,işığı götürmür)
Bu əlamətlər sizdə varsa demək sizdə MİQREN başağrıları var. Miqrenə dözmək lazım deyil!!!
Miqrenin profilaktik terapiyası ağrıların kifayət qədər qarşısını alaraq sizi gündəlik aktiv həyatınıza qaytaracaq!!!