Uşaq serebral iflicində uşağın yeriməsinin proqnozlaşdırılması.

Serebral iflic xəstəliyində uşağın yeriməsini necə qabaqcadan proqnozlaşdırmaq olar.

Serebral iflic diaqnozu qoyulmuş uşaqların valideyinlərini ən çox maraqlandıran sual “mənim övladım nə zaman yeriyəcək?,mənim övladım ümumiyyətlə  yeriyəcəkmi?yeriməsi üçün nə etməliyəm?”

Adından məlum olduğu kimi “Serebral iflic” xəstəliyi dedikdə hərfi mənası -beyin mənşəli zədə fonunda hərəkətlərin məhdudlaşması mənasını verir.

Beynindəki zədənin ağırlığından asılı olaraq serebral iflicin 5 ağırlıq dərəcəsi təyin edilir:1-ci dərəcəli iflic ən yüngül dərəcədir,yəni

1 ci dərəcəli iflic olan uşaqlar sərbəst oturur, yeriyir,yalnız mürəkkəb hərəkət koordinasiyasında cüzi məhdudluq hiss edilir.

2 ci dərəcəli iflic olan uşaq sərbəst oturur lakin tutaraq yeriyir, uzaq məsafələr yeriməkdə çətinlikləri var.

3 cü dərəcəli iflic olan uşaqlar dayaqla oturur,tutub durur.

4-cü dərəcəli iflic olan uşaq boynunu saxlayır lakin sərbəst otura bilmir

5 -ci dərəcəli uşaqlarda bütün hərəki funksiyalar məhdud olur,boynunu saxlaya bilmir,sərbəst oturmur,əl və ayaq hərəkətləri məhduddur.

Yuxarıdakı Böyük Motor Funksiyalar Şkalasında 3 cü dərəcədən başlayaraq 1 ci dərəcəyə kimi uşaqların yerimə şansı var.

Bundan əlavə uşağın müəyyən hərəki  bacarıqları onun gələcəkdə sərbəst yeriyə bilməsi haqqında proqnoz verməkdə köməklik edir:

  1. Əgər uşaq uzandığı vəziyyətdə əlindən tutduqda özü çəkilib oturursa,
  2. Oturduğu vəziyyətdə əllərini dayaq verib yıxılmırsa,
  3. Tutaraq dayaqla evin içində müəyyən məsafələr qət edirsə,
  4. Bütün bu hərəki bacarıqları ilə yanaşı əqli inkişafında ciddi ləngimə yoxdursa çox güman ki bu uşaq müəyyən kompleks müalicələr fonunda yeriyəcək.

Kök hüceyrə və böyümə faktorları ilə müalicə

Kök hüceyrə və böyümə faktorları ilə müalicə-serebral iflic,autism sindromu,əqli və hərəki inkişaf geriliqi,beynin degenerative xəstəlikləri,kəllə beyin travmalarından sonrakı nevroloji pozuntuların müalicəsində effektiv müalicə üsulu.

Bəzi xəstəliklər sinir toxumasının ağır zədələnməsi ilə müşayət olunur.Və sinir toxuması ən gec bərpa olunan toxumadır.Lakin buna baxmayaraq sinir hüceyrəsinin də neyrorestorativ,regenerativ-yəni bərpa qabiliyyəti var.Sinir hüceyrəsinin xüsusilə güclü inkişafı 21 yaşına kimi davam edir.Sinir hüceyrəsi xüsusi şəraitdə bərpa olunur.Onun bərpasına təsir göstərən faktorlardan biridə böyümə faktorlarıdır-nerve growth factor(NGF).
Tədqiqatlar nəticəsində sübut olunmuşdur ki sinir hüceyrəsi NGF adlı böyümə faktorlarının təsiri altında sürətli şaxələnərək liflərin sayını artırırlar.
Lakin bu böyümə faktorları orqanizmdə yalnız müəyyən müddət olur və yaş artdıqca miqdarı kəskin azalır.Müasir neyroreabilitasiyada bir çox nevroloji ağır xəstəliklərin müalicəsində böyümə faktorları ciddi araşdırılır və tədqiq,tətbiq olunur.
Bədənimizdə sinir böyümə faktorları əsasən 2 yerdədi:göbək ciyəsi qanında və ciftdə.Hal-hazırda dünyanın bir çox müasir inkişaf etmiş ölkələrində artıq dövlət proqramı olaraq uşaq doğulan kimi onun göbək ciyəsi qanı götürülür və dondurularaq saxlanılır.
Ciftdən hazırlanmış dərman preparatlarının da tərkibində külli miqdarda böyümə faktorları var və müasir nevrologiyada cift və cift derivatları,kök hüceyrələr bir çox ağır xəstəliklər-Alsheymer xəstəliyi,Parkinson,serebral iflic,autizm ,ALS,postravmatik zədələnmələr,insultlardan sonra istifadəsi böyük maraq sahəsindədir və bir çox Avropa ölkələrində bu xəstəliklərin müalicəsində uğurla istifadə olunur.
Artıq bir çox qabaqcıl ölkələrin elmi-tədqiqat mərkəzlərində kök hüceyrə və böyümə faktorları ilə sağalması çətin olan xəstəliklərin müalicəsini aparırlar. Azərbaycanda ciftdən hazırlanmış böyümə faktorları ilə müalicə artıq bir neçə ildir-serebral iflic,autizm sindromu,inkişaf etaplarının ləngiməsi,posttravmatik pozuntularda uğurla tədbiq olunur.

Barmaq ucunda gəzən uşaq

Usağın barmaq ucunda gəzməsi bir çox valideyinləri narahat edən problemlərdəndir.Onu qeyd edək ki uşağın barmaq ucunda gəzməsi əsasən nevroloji problemi olan uşaqlarda rast gələn hərəkət pozuntusudur.

Hipoksik işemik ensefalopaiya ilə doğulan uşaqlarda-yəni doğuşda boğulmardə keçirən və bətndaxili dövrdə hipoksiyası olan,dölətrafı maye ilə aspirasiyası olan və ya ciftin uşaq boynuna dolanması nəticəsində biz artıq 3-4 ayından etibarən uşağı dirəşdirdikdə onun barmaq ucunda gəzdiyini görürük lakin bu zaman eyni vaxtda uşağın ayaqlarında bəzən də əllərində yüksək tonus olur,əlləri ,ayaqları bükməyə çalışdıqda müəyyən gərginliklə rastlaşırıq.

Barmaq ucunda gəzən uşaqlarda eyni zaman ayaqların üst-üstə qoyması şəklində “qayçılama” pozasına da rast gəlinir.

Davranış pozuntusu olan,autistik spektr pozuntusu olan uşaqlarda da barmaq ucunda gəzmək kimi hərəkət pozuntusuna rast gəlinir.Lakin bu hərəkət pozuntusu daha çox stereotipik hərəkət pozuntusudur yəni daha çox pis vərdişə bağlı olan hərəkət pozuntusudur.

Beləliklə uşaqların barmaq ucunda dirəşməsi və barmaq ucunda gəzməsi kimi hərəkət pozuntusuna xüsusilə 9ayından sonra daha ciddi yanaşmalıdırlar və mütləq uşaq nevroloqunun konsultasiyasını almalıdırlar belə ki bu hərəkət pozuntusunun altında ciddi beyin zədələnmləri,beyin qansızmaları,inkişaf qüsurları və.s kimi patalogiyalar yata bilər.

Barmaq ucunda gəzən uşaqların böyük bir qrupunu “serebral iflic “ xəstəliyindən əziyyət çəkən uşaqlar təşkil edir.Blə ki serebral iflicin diplegik formasında uşaqlarda əsasən 1 yaşından başlayaraq barmaq ucunda dirəşmə və addımlama kimi ortopedik qsur formalaşır.Bu yeriş qüsurunu düzəltmək üçün dünyada müasir tibbdə əsasən botulinotoksin iynələr yəni əzələyə vurulan “boteks” iynələri vasitəsilə çox asanlıqla aradan qaldırmaq olur.Lakin çox gecikmiş hallarda uşağın yaşı artıq 7-8 yşından yuxarı olarsa bir çox hallarda barmaq ucu deformasiya vətər və sümük əmliyyatları ilə bərpa olunur.

Beyin Sonoqrafiyası-Neyrosonoqrafiya

Neyrosonoqrafiya – baş beynin ultrasəs müayinəsidir. Neyrosonoqrafiya 1-1,5 yaşa kimi uşaqların (əmgək açıq olan) baş beyninin ultrasəs müayinə vasitəsilə yoxlanılmasıdır.

Neyrosonoqrafiya müayinə metodu yenidoğulmuşların və südəmər uşaqların  baş beyin quruluşu,beyin mədəcikləri,haqqında qısa müddətdə məlumat verən qeyri-invaziv müayinə metodudur.Bu müayinə metodu heç bir şüalanma qorxusu olmadan uşaqlarda beyin quruluşu haqqında məlumat verməyə imkan verir.Neyrosonoqrafiya xüsusi datçiklər vasitəsilə akustik pəncərələrdən(əmgəkdən) aparılır. Bu müayinə baş beyindəki bir çox strukturlar barəsində bizə məlumat verir. Belə ki,beyindəki anadangəlmə qüsurlar, hidrosefaliya, kəllədaxili təzyiq, kəllədaxili qansızmalar, beynin hipoksik-işemik zədələnmələri,beyin ödemi və s. kimi patalogiyalar haqqında məlumat almaq mümkündür. Ən mühüm üstünlüklərdən biri də odur ki, bu müayinə yenidoğulmuş uşaqlara da heç bir şüalanma qorxusu olmadan aparılır.

Müayinəyə yazılmaq üçün bizimlə əlaqə saxlayın

ELEKTROMİOQRAFİYA VƏ EMQ İLƏ boteks İNYEKSİYALARININ YERİDİLMƏSİ

Elektromioqrafiya vı ya qısa olaraq EMQ — sinir və eninəzolaqlı əzələlərin elektrik potensiyallarının ölçülməsinə,sinirin elektrik keçiriciliyinin ölçülməsinə yönəlmiş nevroloji müayinə metodudur.

EMQ müayinəsi  boyun ve bel yırtığı, yan amiotrofik skleroz , miopatiyalar ,miasteniya , neyropatiyalar , periferik sinirlərin zədələnmələri kimi xəstəliklərin diaqnostikası zamanı tətbiq olunur.

Elektromiyoqrafiya aparatı vasitəsilə həmçinin gərgin,spazmlı əzələləri boşaltmaq,əzələlərdə olan qeyri-iradi yığılmaları aradan qaldırmaq  üçün istifadə olunan boteks (boteks) preparatını əzələyə yeritmək üçün  istifadə olunan müayinə metodudur. boteks, uzun müddətli məcburi əzələ daralması ilə xarakterizə olunan bir nevroloji pozğunluqlarda faydalı olan inyeksion müalicə metodudur. boteks enjeksiyonları əsasən: tortikollis (boyun əyriliyi), yazıçının sıxılması (yazarkən barmaqların məcburi şəkildə daralması),insult keçirmiş insanların qol,bilək və ayaqlarında yaranan spastikanın müalicəsi və əzələlərin qeyri-iradi yığılması ilə xarakterizə olan-hemifasial spazm,blefarospazm kimi xstəliklərin həmçinin serebral iflic xəstələrində əl və ayaq deformasiyalarının aradan qaldırılması məqsədilə istifadə olunur.

Müayinəyə yazılmaq üçün bizimlə əlaqə saxlayın

Elektroensefaloqrafiya və ya EEQ

Elektroensefaloqrafiya və ya EEQ — baş beyinin summar elektrik aktivliyini qeydə almaq və qiymətləndirmək üçün istifadə olunan nevroloji müayinə metodudur. Baş beyinin elektrik aktivliyi çox aşağı olduğuna görə, onu qeydə almaq üçün eletroensefaloqraf adlandırılan xüsusi yüksək həssaslığa malik qurğulardan və gücləndiricilərdən istifadə olunur.

EEG daha çox epilepsiya xəstəliyinin,naməlum etiologiyalı qıcolmalar, beyin ölümü, yuxu pozulmalarının, ensefalopatiyaların diaqnostikasında istifadə olunur. Rutin EEG çəkilməsi 20-30 dəqiqə davam edir.EEQ müayinə ağrısız,qeyri-invasiv və şüalanma qorxusu olmayan bir müayinə üsuludur.EEQ müayinənin keçirilməsinə heç bir yaş məhdudiyyəti yoxdur.

Elektroensefaloqramma  müayinəsi vasitəsilə həkim bir sıra suallara cavab tapa bilər:

  • Beyində epileptik fəaliyyətin olub olmaması
  • epileptik fəaliyyətin ocaqlı və ya yayılmış olması
  • epileptik sindromun dəqiqləşdirilməsi
  • növbəti müayinə üsulunun seçilməsi
  • müalicənin taktikası
  • proqnoz

EEQ müayinəsi tutmadan sonra 24 saat ərzində aparılırsa, patoloji dəyişikliklərin aşkar olunması ehtimalı çoxalır.

Təkrar tutma,qıcolma keçirən bütün uşaqlar və böyüklər elektroensefaloqramma (EEQ) müayinəsindən keçməlidir.

Serebral iflicdə botulotoksin (boteks) müalicəsi.

Bu müalicə üsuluna əsas göstərişlər serebral iflicli uşaqlarda əzələ spastikliyinin yaranmasıdır. Əzələ spastikliyi əzələnin həddindən artıq gərginliyidir. Həddindən artıq əzələ gərginliyinin olması uşağın motor inkişafını ləngidir və yanlış hərəkət nümunələri əmələ gətirir. Məsələn uşaq “barmaq ucunda” dayanır, ayaqlarını “qayçı” pozasında qoyur, ayaqları dizlərindən qatlanır. Bu cür deformasiyalarda fokal əzələ spastikliyinə qarşı effektiv mübarizə növü- serebral iflicin spastik formalarında botulotoksinin (boteks) istifadəsidir.
A tip botulinum toksin(boteks), sinir-əzələ sonlarında təsir edərək, əzələdən artıq sinir impulsunun keçməsini mane törədir. Buda, spastikliyin yaranmasını azaldır. Dünyada, A tip botulinum toksin, spastik və distonik serebral iflicin müalicəsi üçün müalicə standartlarına daxil edilmişdir.
Serebral iflicdə boteks istifadəsi 2 yaşından etibarən icazı verilir. boteksun müalicəvi effekti uşağın həyatının ilk on ilində daha effektivdir. Botulinum terapiyası nə qədər tez başlansa, daha da təsirli olur.
Dərmanın saxlanması və nəql edilməsi zamanı istilik rejiminə riayət etmək lazımdır.
boteksla müalicə necə aparılır?
Xəstəni müayinə etdikdən və terapiya üçün göstərişlərin və əks göstərişlərin mövcudluğunu müəyyənləşdirdikdən sonra həkim dərmanı və təyin edəcəyi nöqtələri seçir. İnyeksiya yalnız spastik gərgin əzələlərə vurulur. Dərmanın dozası və inyeksiya sayı xəstənin ağırlığından və həkimin seçdiyi sxemdən asılıdır. Mərkəzimizdə uşaqlara boteks (boteks) inyeksiyalar sedasiya olmadan (oyaqkən) kiçik diametrli iynələrlə aparılır. İnyeksiya vaxtı uşağın kəskin xəstəlikləri, yüksək temperaturu olmamalı, inyeksiya yerindəki dəri iltihablanmamalıdır.
Beləliklə, mərkəzimizdə sizi aşağıdakı tədbirlər gözləyir:
1. Həkim məsləhəti.
2. Uşağınızda müalicə üçün göstərişlərin və əks göstərişlərin dəqiqləşdirilməsi.
3. Terapiyaya razılığın imzalanması.
4. Həkimin seçilmiş nöqtələrə dərman dozasının hesablanması.
5. Dərmanın inyeksiya üçün hazırlanması.
6. Dərmanın tətbiqi (bu zaman siz uşağın yanında olursunuz).
Allergan şirkətinin rəsmi distribyutoru tərəfindən təqdim olunan dərmanın daşınması zamanı soyuq rejimə – soyuducu çantada və ya buzla daşınmasına diqqət yetiririk.
7. Sonda, dərman vurulması ilə bağlə pasienta inyeksiya yerləri və vurulan dozalar haqqında protokolun verilir.
Bütün bunlar təxminən 1 ½ – saat çəkəcəkdir.
Prosedurdan sonra uşağın inyeksiya yerlərində kiçik göyərmələr, yüngül zəiflik, gün ərzində 37-37.5 dərəcəyə qədər qızdırma halları ola bilər. Bu hallar təxminən bir həftə ərzində yox olur.
Müalicədən gözlənilən nəticələr nələrdir?
boteks terapiyanın nəticəsi – əzələlərin rahatlaması,boşalması,vətər qısalmasının aradan qalxmasıdır –bu nəticələr adətən boteks istifadəsindən 1-2 həftə sonra müşahidə olunur. Ən parlaq nümunə, uşağın “ayaq barmaqları ucunda” gəzərkən, dabanının yerə düşməsidir.
boteks inyeksiyalarından 1- həftə sonra bir sıra reabilitasiya tədbirlərinə başlamaq lazımdır – streçinq (əzələ dartılmaları), idmanlar, kinesioterapiya və ortopedik vasitələrdən istifadəyə davam etmək lazımdır.
boteks inyeksiyasından sonra nədən imtina etməliyəm?
2-3 gün ərzində körpənizi çimməkdən çəkindirməlisiniz, bir ay ərzində isti vanna, saunalar qəbul etməkdən çəkinməlisiniz, parafin vannaları etməməlisiniz. Ayrıca, bir nörotoksik təsiri olan dərmanlardan (məsələn, aminoglikozidlər kimi bir qrup antibiotik) istifadə edilməməlisiniz.
boteks inyeksiyaları nə zaman təkrarlana bilər?
Adətən dərmanın təsiri 4-6 bəzən 8 aya qədər davam edir – yəni ildə 1-2 dəfə tezliklə təkrar inyeksiya etmək olar. Botulinum toksinindən asılılıq yaranmır.
A tipli botulinum toksin müalicəsinin(boteks,boteks) məqsədləri nələrdir?
Botulinumterapiya əzələ tonusunun azaldılması, yeni motor bacarıqların əldə edilməsi, kontrakturların yaranmasının qarşısının alınması, ortopedik əməliyyatların daha da gecikdirilməsi və hətta əməliyyatların önlənməsi məqsədilə istifadə olunur. Son nəticədə yüksək olan əzələ tonusu azalır, vətər qısalması və əzələ gərginliyi nəticəsində yaranan ağrı azalır və uşağa daha asan qulluq göstərmək olur və uşağın yerimə şansı artır!

“Floppy baby” və ya “Boş,gevşək uşaq sindromu”.

Bu sindrom uşaqlar arasında kifayət qədər çox yayılmış hərəki pozulmalardandır.Uşaqda olan bu cür boşluq-hipotoniyanın səbəbləri çox müxtəlif ola bilir yəni mərkəzi sinir sistemi zədələnməsindən tutmuş,onurğa beyni xəstəliyi, genetik metabolik,endokrin xəstəlik hətta əzələ sisteminin xəstəlikləri(spinal muskulyar atrofi,serebral iflic,muskulyar distrofi və.s) ola bilir. Şəkildə göstərilən testlə ən sadə yolla yenidoğulmuş və südəmər uşaqda problemi ev şəraitində belə təyin etmək olar. İstənilən hallarda 1 yaşa kimi aparılan düzgün differensial diaqnostika vaxtında müalicəni təmin edir və proqnozu şərtləndirir…

Uşaq serebral iflicinin  kompleks təbii müalicəsi

Uşaq serebral iflicinin müalicəsində A tip botulotoksinin (boteks) istifadəsi və prespektivləri
Uşaq sebral iflici-uşağın əlilliyinə səbəb ola bilən və özünü əsasən hərəki pozğunluqlarla biruzə verən xroniki rezidual xəstəlikdir. Serebral iflicin yaranmasının əsas səbəbi mərkəzi sinir sisteminin perinatal-yəni hamiləlik vaxtı ,doğuş zamanı və doğuşdan sonra zədələnməsidir. Beynin hansı səviyyədə zədələnməsindən asılı olaraq uşaq serebral iflici müxtəlif formalarda özünü biruzə verir. Əsas pozğunluq ətraflarda meydana çıxan iflic və parezlərdən ibarət olur. Bu zaman yuxarı və ya aşağı ətraflarda iradi hərəkət məhdudluğu, hərəkət həcminin azalması, əzələlərdə tonusun yüksəlməsi və pataloji pozaların əmələ gəlməsi ilə xarakterizə olunur.
Uşaq sebral iflicinibir neçə formasıayırd edilir
1. Spastik diplegiya
2. Spastik tetraplegiya
3. Hemiparetik forma
4. Hiperkinetik forma
5. Atonik-astatik forma
Uşaq serebral iflicində hərəki pozğunluqlarla yanaşı bu uşaqların bəzilərində əqli inkişaf pozğunluqları,qıcolma sindromu,görmə, eşitmə pozğunluqları,vegetativ pozğunluqlar meydana çıxır.
Uşaq serebral iflicində meydana çıxan digər dəyişikliklərdən biri də daq-oynaq sistemində,oynaqlarda baş verən dəyişikliklərdir.Bir qrup əzələlərdə meydana çıxan həddən artıq toniki aktivlik nəticəsində oynaqlarda pataloji pozalar meydana çıxır və buda kontrakturaların və deformasiyaların yaranmasına təkan verir.
Bu patalogiya zamanı bud-çanaq oynağında displaziya,yаrımçıxıq formalaşır,yuxarı ətrafda dirsək oynağında açıcı kontraktura (yəni dirsək oynağı tam açılmır), pəncənin varus (yəni pəncə daxilə doğru əyilib) və ekvinus deformasiyası (uşaq barmağının ucuna dayaq edir), adduktor sindrom-ayaqları üst üstə qayçı kimi yerləşməsi tez –tez rast gəlinir.
Bütün dünyada Uşaq serebral iflicinin müalicəsi bütün çoxsaylı patalogiyaların birgə rast gəlməsini nəzərə alaraq kompleks aparılır.
Bu müalicələri aşağıdakı qruplara bölmək olar:
1. Medikamentoz müalicə:
– əzələ spazmını aradan qaldırmaq üçün preparatlar (baklofen,midokalm və.s)
– beyin metobolizmini artırmaq üçün nootrop preparatlar (pirasetam,pantoqam və.s)
– antihomotoksik terapiya-bioloji müalicə metodlarındandır və uşaq orqanizmində toksinlərin
təmizlənməsinə və immun sistemin yüksəlməsinə yönəlmişdir.
– simptomatik müalicə(qıcolma əleyhinə,dehidratasiyaedici terapiya və.s)
2. Qeyri –medikamentoz tibbi reabilitasiya metodları:
– massaj
– kinezoterapiya
– fizioterapiya
– loqoped, psixoloq müalicasi
– refleksoterapiya
Ortopedik və cərrahi müalicələr:
– əzələ və vətərlərdə aparılan əməliyyat (miotenotomiya)
– oynaqlarda aparılan rekonstruktiv əməliyyatlar
– ortopedik ayaqqabı,korsetlər və.s istifadəsi
– sinir-əzələ blokadaları (A tip botulotoksin ilə)
3. Sosial –pedoqoji metodlar (Montessori sistemi və.s)
4. Zooterapiya-heyvanların müalicələrdə istivadə olunması (ippoterapiya, delfinoterapiya və.s)
Bu müalicə prinsiplərindən heç biri digərini tam əvəz edə bilməz, ona görə də müalicə kompleks və pataloji prosesin xarakterindən asılı olaraq qurulmalıdır.
Serebral iflicli uşaqların iradi hərəkətlərini məhdudlaşdıran əsas faktorlardan biri yüksəlmiş əzələ tonusudur. Yüksək tonus həmçinin ətraflarda pataloji pozaların əmələ gəlməsinə və oynaqların kontrakturasına səbəb ola bilir.
Tonusun azaldılması üçün istifadə olunan kimyəvi dərmanların (baklofen, midokalm, diazepam və.s) sinir sisteminə, mədə bağırsaq sisteminə mənfi təsirləri məlumdur. Hal-hazırda bütün dünyada ən ziyansız və effektiv antispastik müalicə kimi A tip botulotoksindən istifadə olunur.
boteks adı ilə tanınan preparat – Clostridium botulinum adlı anaerob bakteriyaların toksinlərindən hazırlanır. Bu bakteriya müxtəlif serotipli toksin ifraz edir, onlarda A tip toksin təbabətdə daha geniş istifadə olunur. Patogenetik olaraq A tip toksin əzələnin yığılmasında iştirak edən asetilxolinin ifrazının qarşısını alır və əzələnin boşalmasına səbəb olur.Heç bir əks təsiri olmayan botulotoksinlə uşaq serebral iflicində yüksək spastikanın müalicəsi 1999-cu ildən Dünya Nevroloqlar Assosiasiyası tərəfindən qəbul olunmuş müasir müalicə hesab olunur.
boteks terapiya spazm yarada seçici əzələlərə qabaqcadan çəkiyə görə hesablanmış dozada vurulur. Müalicəvi effekt artıq 2-3 günə özünü biruzə verməyə başlayır və uzun müddət 5-6 ay davam edir. Düzgün aparılan yanaşı reabilitasiya tonusun təkrar yüksəlməsinin qarşısını alır. İstənilən halda təkrar inyeksiyalardanda istifadə olunur.
Nəticədə ayaq barmaqları üzərinə dayaq edən uşaq tam ayağını yerə qoyur, ayağını x-vari üst-üstə qoyan uşaq ayaqlarını tam düzgün qoyur və nəticədə uşağın yerimə şansı artır.

“Qəfəs” reabilitasiya trenajoru

Uşaq serebral iflicinin kompleks müalicəsi reabilitasiyasız mümkün deyil. Serebral iflicin istər spastik, hipotonik istərsədə diskinetik formalarında xüsusi tətbiq olunan idman hərəkətləri bu uşaqlarda yeni hərəki vərdişlərin yaranmasına kömək edir,spastikanı azaldır,ətraf deformasiyalarının yaranmasının qarşısını alır və yeriyə bilməyən uşaqlarda ən əsası balansın-tarazlığın əldə olunmasında əvəzolunmaz rol oynayır.Hərəkətlərin biodinamik korreksiyasında müalicəvi bədən tərbiyəsinin əhəmiyyəti çoxdur. İnkişaf etmiş ölkələrdə-xüsusilə ABŞ-da müasir reabilitasiya proqramının əsas komponentlərindən biri olan Qəfəs trenajorunda “Hörümçək” sistemlə məşqlər xüsusi yer tutur.
Bu məşq avadanlığında pasient 2×2×2 metr ölçülü böyük metal qəfəsin içərisinə yerləşdirilir. Pasientin bədəninə bir ucu qəfəsə birləşik olan elastik lent bağlanılır. Lentlər pasientə müxtəlif ölçülü xüsusi manjetlər şəklində olan dayaq elementləri vasitəsilə bağlanılır.
Elastik lentlərin uzunluğunun idarə edilməsi və onların birləşmə yerini sərbəst seçimi pasientə yönəlmiş qüvvəni və onun istiqamətini individual olaraq təyin etməyə imkan verir.Hər pasient üçün individual ” hörümçək toru”müəyyən edilir. Bu, müxtəlif xəstəlikləri olan, xüsusilə uşaq serebral iflici, aşağı ətraf parezləri, onurğa zədəsi və.s pasientlərdə müalicəvi bədən tərbiyəsi məşqlərinin spektrini əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verir.
Avadanlıqda bədənin müxtəlif nahiyələrinə yük vermək yaxud yük götürməklə yanaşı bədənin vəziyyətinə nəzarət etmək və müvazinətinin inkişafı üçün məşqlər icra etmək olur. Bu məşqlər aktiv və passiv hərəkətlərin həcminin artmasına və yeni hərəkət vərdişlərinin qazanılmasına kömək edir.
Qəfəsə birləşmiş olan blok sistemləri vasitəsilə və əlavə olaraq lentlərin köməyilə seçici olaraq müəyyən zəifləmiş əzələ qruplarını məşq etdirmək olur.Pasientin yüngül çəkisizlik halından tam dartılmasınadək müxtəlif dərəcəli antiqravitasion təsirin tətbiq edilməsi və bu zaman tam təhlükəsizliyin təmin edilməsi hətta həvəssiz olan xəstələri belə reabilitasion prosesdə aktiv iştirak etməyə maraqlandırır.
“Qəfəs” reabilitasiya trenajoru ilə məşğələlər 1 yaşından etibarən bütün yaş qrup uşaqlara və həmçinin böyüklərə istifadə etmək olar.